Məğlubların faciəsi
Ermənistanın düşməni qonşuları yox, ruhuna hakim kəsilən
nasizmdir
Azərbaycanın
qələbəsi, Ermənistanın
isə biabırçı
kapitulyasiya aktına imza atması labüd idi. Çünki faşist ideyaları ilə zəhərlənən istənilən
xalq nə qədər döyüşsə
də, son nəticədə mütləq
təslim olmalı, haqqın və ədalətin qarşısında diz çökməlidir.
Təəssüf
ki, indi dizini yerə qoyan işğalçı ölkə bu
sadə həqiqəti anlamaqda acizdir. Əsl dərd o deyil ki, müharibəni uduzasan, məğlub ediləsən. Faciə odur ki, sənə
qələtini deyirlər,
amma sən qanmırsan, deyiləni başa düşməyə
ağlın çatmır.
Həm də anlamamaq bir nəfərə
aid olanda bunu bir dərd
kimi qəbul etmək mümkündür.
Lakin bütün Ermənistanın iqtidarlı-müxalifətli
son nəfərinədək
qanmazlıq mərəzinə
yoluxması milli faciədir.
Müharibədə məğlub edilən bu ölkə nə baş verdiyini anlamaqda acizdir. Təslim olsa da, bundan
dərs almaq, sülhə və barışa can atmaq, faşizm ideyaları ilə iliyinədək yoluxduğunu
etiraf etmək əvəzinə kükrəyərək
yeni və daha faciəvi savaş haqqında fikirləşir. Bəli, bu gün Ermənistanda bütün
siyasi qüvvələr
- iqtidar və müxalifət, erməni xalqının müxtəlif
təbəqələrinin nümayəndələri
və hətta 7-8 milyonluq erməni diasporu barış əvəzinə bir-birini
ittiham edir, yeni savaş planlaşdırırlar.
Hamısının da "ciddi arqumentlər”i var. Paşinyan
öz alibilərini sadalayır, keçmiş
prezidentlər öz yozumlarını açıqlayır. Bütün siyasi qüvvələr
və erməni xalqı isə meydanlarda və KİV-də düşmənlərini
divar boyu düzüb ittiham edir, hökm oxuyur və cəza kəsirlər.
Müqəssirlər isə
bir deyil, iki deyil! Paşinyan
və onun komandası, bütün siyasi partiyalar, erməni diasporu, Rusiya, Fransa, ABŞ... Bir sözlə, bütün dünya erməniləri havalanıb başladıqları
müharibədə tək
qoyduqları üçün
günahkardır. Lakin
heç kim
etiraf etmir ki, faşizm ideologiyası ilə xəstələnən xalqı
məhv edən onun nasist ideyaları,
işğalçı ambisiyalarıdır.
Günün reallığı
belədir: ermənilərin
özlərindən başqa
düşməni yoxdur!
Sıravi ermənilərin sosial şəbəkələrdə yaydıqlarını oxuyanda
nasizmin az
qala beşikdəki körpənin də beyninə yeridildiyini aydın görürsən
və barmağını
dişləyib anlayırsan
ki, bu xalq,
doğrudan da, zavallı
günündə imiş.
Bir erməni qadın çiynində avtomatla Qarabağdan heç yerə getməyəcəyini,
sonadək döyüşəcəyini
bəyan edir. Üzünə yazılıb ki,
aktyorluq edir, roldadır. Başqa bir yaşlı erməni isə ağzı köpüklənə-köpüklənə
bağırır ki, türkləri son nəfərinədək
qırmaq lazımdır:
"Onlar xalq deyil - qəbilədir! Onlardan kimsə sağ qalmalı deyil! Yalnız bir nəfəri
öldürüb başqalarına
göstərmək üçün
spirtdə saxlamaq lazımdır!” Digəri isə
gözlərini bərəldir
ki, o, azərbaycanlılarla
bir yerdə yaşasa, hər gecə gəlib arvadının tumanını
yoxlayacaqlar. Ermənilər
hələ də özlərini hamıdan üstün, hamıdan ali sayırlar,
qonşuları haqqında
isə ikrahla danışırlar.
Yerevanda keçirilən mitinqlərdə qarşılıqlı
ittihamlar ərşə
dirənib. Hamı məğlubiyyətin səbəblərini araşdırır,
günahkarları axtarır,
yeni silahlar, PUA-lar eşqindədir. Paşinyan bütün siyasi qüvvələri, onlar
da iqtidarı yalan danışmaqda, xalqı aldatmaqda suçlayırlar.
Rusiya Ermənistana arxa çevirməkdə, kömək
etməməkdə ittiham
edilir. Ermənilərdən biri qəzəblə
kameraya bağırır
ki, "Putin, səni vəzifəyə mən gətirdim, amma sən erməni xalqını satdın!”
Moskvada erməni diasporunun təmsilçiləri
şimal qonşumuzu müharibəyə cəlb
etmək üçün
döyüşlər başlayandan
sonadək təsir edə bildikləri bütün telekanallarda, kütləvi informasiya vasitələrində Qafqazda
ruslarla türkləri
toqquşdurmaqla yeni müharibə ocağını
alovlandırmaq üçün
cəhənnəm təri
tökdülər. Erməni əsilli aparıcılar,
politoloqlar efirlərdə
zənciri qırılan
köpəkləri xatırladırdı.
Kreml isə ermənilərin bu "fədakar”lığını, sadəcə, qulaqardına
vurdu, Türkiyə ilə əməkdaşlığa
üstünlük verdi.
Yerevanda isə günü bu günəcən minlərlə ana hər gün küçələrə çıxır,
Qarabağda
itkin düşən uşaqlarını
tələb edir, ölənlərin cəsədlərini
istəyirlər. Heç bir
dövlət qurumu onlara məlumat vermir. Ona görə ki,
erməni hərb maşını Qarabağda
öldürülən minlərlə
əsgəri elə döyüşlərin ilk günlərindən
Ermənistana daşımağa
qorxur. Bilirlər ki, gətirsələr,
Yerevan alt-üst olacaq.
Üstəlik, Qarabağdan
dabanına tüpürüb
qaçan 10 mindən
artıq fərari silahları ilə birlikdə Yerevandadır! Onları kim
tərksilah edəcək,
bilən yoxdur.
20 min erməni əsgəri
silahı yerə qoyub Xankəndini tərk etməlidir. Onların da valideynləri uşaqlarını
tələb edirlər...
Özünü ali irq, hamıdan üstün, qəhrəman, qədim, döyüşkən sayan
xalqın möhtəşəmliyi
budurmu?
Ermənilərin istədikləri alınmadı. Çünki, "Böyük Ermənistan” ideyası uydurmadır və bu, erməni faşizmini müəyyən
məqsədlər üçün
gündəmə gətirən
ideologiyadır. "Əzabkeş, müdrik, qədim xalq” əfsanəsi bitdi. Bu məğlubiyyət Qarabağı cəhənnəmə
çevirən erməni
faşistlərinə Azərbaycan
dövlətinin və
ordusunun cavabıdır.
Hər kəs layiq olduğuna sahib olur. Qarabağdan Yerevana yola çıxan
tabut karvanlarının
hələ bir müddət ardı-arası
kəsilməyəcək. Ona görə də erməni siyasi elitası yenilməz, qəhrəman erməni mifindən əl çəkərək imzaladıqları
sülh müqaviləsini
- kapitulyasiya aktını
bir də vərəqləsinlər və
dərk etsinlər ki, faşizm ideologiyası bəşər
tarixində kimsəyə
nə qələbə,
nə də başucalığı gətirib.
Ermənilər nə
kişi kimi döyüşdülər,
nə də ləyaqətlə təslim
oldular. Hətta kapitulyasiya aktını
belə, deyəsən,
gizlində, yorğanın
altında imzaladılar.
Buna baxmayaraq, bəzi
ermənilər zəif
də olsa, fərqli fikirlər səsləndirməyə başlayıblar. Ermənistan Prezidentinin keçmiş
məsləhətçisi, Miçiqan Universitetinin professoru Jirayr Liparityan ermənilərin faşizmə yoluxduqlarını
birbaşa deməsə
də, dolayısı
ilə bunu təsdiq edir.
Professor etiraf edir ki, ermənilər
baş verən məğlubiyyətlə barışmalı
və onu qəbul etməlidirlər:
"Biz istənilən halda
məğlub ediləcəyimiz
müharibədən nəyin
bahasına olursa-olsun,
qaçmalı idik,
biz uzun illər Qarabağa yatırdığımız
böyük insan və maliyyə kapitalını itirdik. Paşinyan Qarabağın rəhbərliyini
danışıqlar masasına
əyləşdirə bilmədi,
hətta uzaq perspektivdə belə, Qarabağın müstəqilliyini
təmin etmək imkanını itirdi.
Biz suverenliyimizin, müstəqilliyimizin, əminliyimizin
və nikbinliyimizin böyük hissəsini itirdik”.
J.Liparityan əslində birbaşa etiraf edə bilərdi ki, bu gün
Ermənistanı məhv
edən, onu əbədi müharibələrdə
rəzil günə qoyan millətçi faşist ideologiyasıdır. Qafqazı sülh bölgəsinə
çevirmək üçün
bu ideologiyanı çarmıxa çəkmək,
Yerevanda nasistlərə
ucaldılan abidələri
yıxmaq lazımdır.
Erməni xalqı faşizmdən imtina etdiyi günün səhərisi Qafqazda kimin kim
olduğunu dərk edəcək.
Bahadur İMANQULİYEV,
Azərbaycan. - 2020.- 6 dekabr.- S.1; 7.