Baş nazir Əli Əsədov Giorgi
Qaxariyanı yenidən Gürcüstanın Baş
naziri təyin olunması münasibətilə
təbrik edib
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər
Kabinetindən AZƏRTAC-a bildiriblər ki, məktubda Giorgi
Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin
edilməsinin ölkəsinin tərəqqisinə və onun
beynəlxalq mövqelərinin daha da güclənməsinə
xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə
əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq
və hərtərəfli əməkdaşlığının
davamlı inkişafına töhfələr verəcəyinə
inam ifadə olunub.
Baş
nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan
xalqının firavanlığı naminə
qarşıdakı fəaliyyətində uğurlar
arzulayıb.
Azərbaycan .-2020.- 26 dekabr.- S.2.