Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörməli cənab Prezident.
Otuz ilə yaxın işğal altında olan Qarabağ bölgəsini azad etmək məqsədilə
qəhrəman Azərbaycan
Ordusunun başlatdığı
əks-hücum əməliyyatının
uğurla aparılmasının
şahidi olduq.
Sizin həm
siyasi və diplomatik müstəvidə
apardığınız uğurlu danışıqlar, həm
də rəhbərliyinizlə Ordunuzun döyüş
meydanında nümayiş etdirdiyi yüksək peşəkarlıq
sayəsində Ermənistanın təslim olması, Azərbaycanın
beynəlxalq hüquq normalarının pozulması nəticəsində
işğal olunmuş torpaqlarının azad edilməsi tarixi
bir zəfərdir.
Noyabrın 10-da imzalanan Bəyanatın bölgəyə və bütün Qafqaza sülh və əmin-amanlıq gətirməsini
arzu edirəm. Eyni zamanda, xüsusilə
son 25 il ərzində qaçqın
və məcburi köçkün həyatı
yaşayan azərbaycanlı
qardaşlarımızın öz torpaqlarına qayıtması və onların evlərinin tez bir zamanda
bərpa edilməsi diləyimizdir.
Hörmətli
cənab Prezident, Sizi və Sizin
şəxsinizdə bütün
azərbaycanlı qardaşlarımızı
bu şanlı Zəfər münasibətilə
türkmən milləti,
İraq Türkmən
Cəbhəsi adından
və şəxsən
öz adımdan təbrik edirəm.
Erşat Salihi
İraq Türkmən Cəbhəsinin sədri
Azərbaycan. - 2020.- 6 dekabr.- S.1.