Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 

Möhtərəm cənab Prezident.

Vətən müharibəsində Böyük Qələbə münasibətilə Sizi bütün Azərbaycan xalqını Latviyada yaşayan azərbaycanlılar, Latviya Azərbaycanlılarının "AzəriCəmiyyəti adından şəxsən öz adımdan təbrik edirəm.

Bu Qələbə bizim qəhrəman rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə qazanılıb. Siz bizə, azərbaycanlılara torpaqlarımızı, qürurumuzu, inamımızı sıx birliyimizi qaytardınız. Bizim rəşadətli qəhrəman Ordumuz, atalarımız oğullarımız, analarımız bacılarımız Sizin rəhbərliyinizlə uğurla mübarizə apardılar Böyük Qələbəyə nail oldular.

Bu Qələbədə şəhidlərimiz oldu, onlar torpağımızın azad edilməsi uğrunda canlarından keçdilər. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Onların doğmalarına yaxınlarına başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını arzu edirik.

Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə həyata keçiriləcək.

Cənab Prezident, biz Sizinlə - Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin kursunun layiqli davamçısı ilə fəxr edirik.

Biz Sizinlə Azərbaycan xalqının böyük qəhrəmanı kimi fəxr edirik.

Biz fəxr edirik ki, Siz Azərbaycan xalqının tarixinə Qələbə Gününü qızıl hərflərlə yazdınız.

Biz Sizin dünya birliyində yüksək səviyyəli siyasi xadim olmağınızla fəxr edirik. Allah Sizi qorusun!

 

Dərin hörmət ehtiramla,

 

 

 

Ulduzxan Əhmədov

Latviya Azərbaycanlılarının "AzəriCəmiyyətinin İdarə Heyətinin sədri

 

Azərbaycan. - 2020.- 6 dekabr.- S.1.