2021-ci il üçün Novruz, Ramazan Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli

 

194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilsin.

 

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər günü hesab edilmir.

 

 

Əli ƏSƏDOV,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 3 dekabr 2020-ci il

 

Azərbaycan. - 2020.- 6 dekabr.- S.1.