Milli qürurumuzun təntənəsinə çevrilən
Qələbə
İlham Əliyev sərkərdə qətiyyəti
və siyasi müdrikliklə Ermənistanı
diz çökməyə
məcbur etdi
Azərbaycanın
torpaqlarını müharibə
yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı
işğala təkbaşına
son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan
son onilliklərdə bəşər tarixində
bir çox müharibələr baş
versə də, Azərbaycanın Ermənistan
üzərində hərbi
qələbəsi öz
inikallığı ilə
fərqləndi.
Azərbaycan müharibəni heç vaxt istisna etmirdi
Dağlıq Qarabağın Azərbaycanın
tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da
xüsusi sübut etməyə və araşdırmağa ehtiyac
yoxdur. 1805-ci ilin may ayında Rusiya ilə Kürəkçay müqaviləsini
azərbaycanlı İbrahim
xan imzalamışdı
və həmin müqavilədə ermənilər
barədə heç
bir şey deyilmir. O da
məlumdur ki, Qarabağa ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə
1978-ci ildə Ağdərə
rayonunun Marağa kəndində abidə qoyulmuşdu. Üzərində
ermənicə "Marağa-150” yazılmış abidə
1988-ci ildə Azərbaycana
ərazi iddiaları başladan ermənilərin
özləri tərəfindən dağıdılıb.
Belə
faktlar tarixdə kifayət qədərdir və 30 ilə
yaxın idi davam edən danışıqlar prosesində
regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət,
ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri
daha yaxından dərk etdilər.
Lakin bu müddətdə onların əksəriyyəti
əsl həqiqətləri
deməkdən uzaq oldu. Nəinki uzaq oldular, hətta
münaqişənin hərbi
yolla həllinin qeyri-mümkün olduğunu
iddia etdilər. Onlar problemin ədalətli həllini,
BMT-nin qətnamələrinin
yerinə yetirilməsini
tələb etmədilər.
Görünən o idi ki, bu prosesin məqsədi
əslində ədalətin
bərpa olunması deyildi, çünki belə olsaydı, çoxdan Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər
olardı. Məqsəd
zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana
ilhaqına nail olmaq idi.
Lakin xalqımızın işğalla
barışacağı qeyri-mümkün
idi və danışıqlar prosesinin
nəticəsiz qalması,
Ermənistanın daha
da azğınlaşması
Azərbaycana müharibədən
başqa yol qoymurdu. Ona görə
ötən 26 ildə
Azərbaycan hərbi əməliyyatların yenidən
başlanacağını heç
vaxt istisna etmirdi. "Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur.
Nəinki deyirdim, bütün
bu illər ərzində bütün
gücümüzü səfərbər
edib ölkəmizi gücləndirirdik, güc
toplayırdıq - həm
beynəlxalq müstəvidə,
həm ölkə daxilində, həm iqtisadi məsələlərin
həllində, ölkəmizdə
həmrəyliyin və
birliyin möhkəmlənməsində,
ordu quruculuğunda güc toplayırdıq”,
- deyə Prezident İlham Əliyev bu günlərdə xalqa müraciətində
bu barədə bildirib.
Düşmənə məqamında vurulan zərbə
Ötən
əsrin 90-cı illərinin
əvvəllərində torpaqlarımızın
bir qisminin işğal olunmasının
obyektiv səbəbləri
vardı. Prezident İlham Əliyev müsahibələrinin birində
bildirib ki, biz o vaxt müharibəni
deyil, sadəcə, döyüşü uduzmuşuq.
44 günlük müharibə
İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm
qələbəsi ilə
Azərbaycan sübut etdi ki, Ermənistanın
bu müharibədə
uğur qazanması mümkün deyil.
Sadəcə,
zamana ehtiyac vardı və ötən hər bir il ərzində
Azərbaycan gücləndi,
qüdrətləndi, eyni
zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı,
beynəlxalq mövqelərinin
möhkəmlənməsi ilə
əlamətdar olan ötən hər bir il bu
qələbəni, torpaqlarımızın
azadlığını daha
da yaxınlaşdırdı,
tarixi şəraiti yetişdirdi.
Prezident İlham Əliyev xalqa son müraciətində
bu barədə deyib: "Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi
etmək lazımdır,
necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin.
Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən
ayılmasın”.
Azərbaycan danışıqların davam
etdiyi illər ərzində enerji layihələrini reallaşdırdı,
inkişaf etdi və yeganə problemi olan ərazilərinin
işğalının müharibə
yolu ilə azad olunmasını istisna etməyərək ordu quruculuğunu həyata keçirdi. Bu mənada Azərbaycan düşmənə
zərbəni öz məqamında və zamanında vurdu. Bu zərbə elə olmalıydı ki, Ermənistan ilk andan büdrəsin.
Belə də oldu və müharibənin
ilk günündən
işğalçı elə
bir zərbəyə tuş gəldi ki, illər boyu möhkəmləndirdiyi
istehkamları dərhal
tərk edərək qaçmalı oldu.
İndi Ermənistan özünün
heç vaxt xilas ola bilmədiyi
işğal siyasətinin,
erməni millətçilərinin
xəstə təfəkkürünün
acı nəticəsini
yaşayır. Düşməni
bu hala salan
isə güclü Azərbaycan dövləti
və müzəffər
Ordumuzdur.
Xalqımız şəhidlərə
əbədi heykəl
ucaldıb
Prezident
İlham Əliyevin müraciətində dediyi kimi, artıq
Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni
həll etdi. Azərbaycan Ermənistanı
kapitulyasiyaya məcbur
etməklə Dağlıq
Qarabağ problemini həll etdi.
Bununla da bölgədə yeni reallıq yarandı. Bu reallıq Azərbaycanın maraqları
çərçivəsində, İlham Əliyevin şərtləri əsasında
yarandı. Həm
Ermənistan, həm də dünya erməniliyi bu reallıqla barışmağa
məhkumdur. Ermənistanın kapitulyasiya aktı
həm də bu reallığın hüquqi təsbitidir.
Bu reallığın ən mühüm tərəfi odur ki, 44 günlük müharibənin nəticəsi
olaraq Azərbaycanın
ərazi bütövlüyü
təmin edildi. Başqa bir mühüm reallıq odur ki, Azərbaycan Cənubi Qafqazda erməni faşizminin qarşısını aldı
və ona elə bir zərbə
vurdu ki, heç vaxt başını qaldıra
bilməyəcək.
Prezident İlham Əliyev həmişə
qeyd edir ki, biz qəhrəman əsgər və zabitlərimizin hesabına
qələbə qazanmışıq. Nə qədər müasir
silahlarımız olsa
da, döyüşlərin qalibləri ordumuzun şəxsi heyətidir.
Bu müharibədə Azərbaycan əsgərləri
rəşadətlə döyüşdü,
atalarının, babalarının
yolunu davam etdirərək yeni qəhrəmanlıq nümunələri
yaratdı, şəhidlik
zirvəsinə ucaldılar.
Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Bu müharibədə mülki vətəndaşlarımız,
qadınlar, yaşlılar,
uşaqlar erməni terrorunun qurbanı oldular. Bütün dünya 44 gündə mülki insanların qətliamı ilə erməni qaniçənliyinin
şahidi oldu.
Xalqımız öz qəlbində
şəhidlərimizə əbədi
heykəl ucaldıb. O cümlədən bu müharibənin qurbanları olan mülki vətəndaşların
əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu baxımdan
Prezident İlham Əliyevin sərəncamı
ilə sentyabr ayının 27-nin Anım
Günü kimi təsis edilməsi bütün xalqımızın
ürəyindən xəbər
verən qərar oldu.
8 noyabr Zəfər
Günüdür
Dövlətçilik tariximizi şərəfləndirən bayram
günlərilə zəngin
noyabr ayı indi bizim üçün
daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə
hər il
noyabrın 8-i respublikamızda
Zəfər Günü
kimi təntənəli
şəkildə qeyd
ediləcək. Bununla da Azərbaycan
Respublikasının dövlət
bayramlarının sırasına
biri də əlavə olundu.
Sentyabr ayının 27-dən
başlanan Vətən
müharibəsinin hərbi
əməliyyatlar dövrü
məhz bu tarixdə başa çatdı. Şuşanın Azərbaycan
tərəfindən azad
edilməsindən sonra
çıxış yolu
qalmayan Ermənistan
İlham Əliyevin şərtləri ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Sərəncamda deyildiyi kimi,
Azərbaycanın hərbi
sahədə qazandığı
qələbələr, xüsusilə
Şuşanın düşmən
əsarətindən qurtarılması
müharibənin taleyində
həlledici rol oynadı, Ermənistanın
öz məğlubiyyətini
etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi,
Kəlbəcər, Ağdam
və Laçın rayonları Azərbaycana qaytarıldı.
Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində
Vətən savaşı
qələbə ilə
başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq,
xalqımızın qüdrətinin
və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin
nüfuzu və gələcək inkişafı
baxımından müstəsna
əhəmiyyət kəsb
edən bu misilsiz qələbənin
əbədiləşdirilməsi məqsədilə hər
il noyabrın 8-i Azərbaycan Respublikasında
Zəfər Günü
kimi təntənəli
şəkildə qeyd
ediləcək.
Bu, Azərbaycan xalqının
milli qürurunun təntənəsinə çevrilən
Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə
qətiyyəti və
siyasi müdrikliklə
Ermənistanı diz çökməyə məcbur
etdi.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2020.- 6 dekabr.- S.1; 4.