İqtidarın siyasi
dialoq təşəbbüslərinin
praktiki nəticələri
göz qabağındadır
Siyasətdə sağlam münasibətlərin
dəstəklənməsi və
dialoq mühitinin təşviqi məqsədilə
Azərbaycan iqtidarı
davamlı olaraq müxtəlif təşəbbüslərlə
çıxış edir.
Prezident İlham Əliyevin ölkənin yeni siyasi konfiqurasiyasının
formalaşması siyasətində
"sağlam dialoq” məfhumu xüsusi yer tutur. Təqdirəlayiq
haldır ki, ölkədə fəaliyyət
göstərən siyasi
partiyaların mütləq
əksəriyyəti həmin
dialoqun fəal iştirakçılarıdır. Etiraf olunmalıdır ki, siyasi münasibətlərdə
dialoq mühitinin yaşanması konkret ölkənin demokratik ənənələrinin formalaşmasına
zəmin yaradır.
AZƏRTAC
xəbər verir ki, Prezident Administrasiyasının
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
müdiri Ədalət
Vəliyevin davamlı
şəkildə partiya
rəhbərləri və
ictimai fəallar ilə görüşləri
təşkil olunur. Növbəti belə görüşlər
ayrı-ayrılıqda videokonfrans
formatında dekabrın
4-də Milli Məclisin
deputatları - Azərbaycan
Demokratik Maarifçilik
Partiyasının sədri
Elşən Musayev, Vəhdət Partiyasının
sədri Tahir Kərimli, həmçinin
Böyük Azərbaycan
Partiyasının sədri
Elşad Musayev və Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə keçirilib.
Görüşlərdə
Vətən müharibəsində əldə olunmuş
böyük Qələbə, Ordumuzun şücaəti,
müharibədə iştirak etmiş və yaralanmış
hərbçilərə dövlət qayğısı,
işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması,
siyasi həmrəylik istiqamətində əldə olunmuş
uğurların qorunmasında partiyaların rolu, islahatların
şaxələndirilməsi, siyasətdə qadın amili və
gender məsələləri ilə bağlı mövzular, həmçinin
COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların
fəallığı, VI çağırış Milli Məclisin
fəaliyyəti və ölkənin siyasi gündəmində
olan bir sıra digər önəmli mövzular da müzakirə
edilib.
Müasir
milli tariximizin şanlı səhifələrindən
olan Vətən müharibəsi ətrafında
fikir mübadiləsi aparılaraq bildirilib ki, qazanılan bu möhtəşəm Qələbə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin, rəşadətli
Azərbaycan Ordusunun və daim öz
Prezidentinin ətrafında
bir yumruq kimi birləşən böyük Azərbaycan xalqının zəfəridir.
Cəmi 44 gün ərzində aparılmış
döyüşlər nəticəsində
ölkəmiz malik olduğu hərbi qüdrətini və iqtisadi gücünü bütün dünyaya aşkar şəkildə
nümayiş etdirdi.
Vətən müharibəsindən sonra
ölkəmizə qarşı
aparılacaq sərt informasiya təzyiqləri ilə mübarizədə
qalib gəlmək üçün bu gün Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyinin qorunması
olduqca vacibdir. Bu baxımdan siyasi partiyalar arasında sağlam münasibətlərin davam
etdirilməsi strateji vəzifədir.
Administrasiyanın
rəsmisi mövzunu inkişaf etdirərək,
siyasi partiyaların rəhbərləri ilə
təşkil olunan görüşlər zamanı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək sözügedən
çıxışdan sitat
gətirib: "Bizim
ölkəmiz üçün
yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası
dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə
də birlik, həmrəylik göstərəcək,
güclü iradə göstərəcək. Azərbaycan
xalqı yenə də birləşərək
dağıdılmış bu şəhərləri,
kəndləri bərpa
etmək üçün
əlindən gələni
edəcəkdir. Biz bundan sonra böyük
və qürurlu xalq kimi yaşayacağıq.
Beynəlxalq müstəvidə
öz sözümüzü
demişik, bölgədə
öz sözümüzü
demişik. İstədiyimizə
nail olmuşuq və əminəm ki, bundan sonra
bizim xalqımızı
təhlükəsiz və
xoşbəxt həyat
gözləyir”. Prezident İlham
Əliyevin bu sözləri cəmiyyətimizin
bütün potensialının
səfərbər olunması
kimi vacib vəzifəni qarşımıza
qoyduğunu vurğulayan
Ə.Vəliyev deyib ki, Azərbaycanın hər bir vətəndaşı
bu amallara xidmət etməlidir.
Görüşlər
əsnasında Vətən
müharibəsində şəhidlərin
qanı hesabına əldə olunmuş qələbənin əhəmiyyətini
bəzi qüvvələrin
ucuzlaşdırma cəhdləri
sərt tənqid olunub, belə hallar yalnız öz doğma xalqına və Vətəninə qarşı
xainlik kimi qiymətləndirilib. Ə.Vəliyev vurğulayıb
ki, düşmənin
mülki əhalini atəşə tutmasını
da unutmaq olmaz və bu
cür faktları beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırmaq
prinsipial vəzifədir.
Ölkənin
siyasi fəalları ilə təşkil olunan görüşlər
çərçivəsində başlamış islahatların
gözlənilən növbəti
mərhələləri də
müzakirə olunub. İslahatların səmərəliliyi
naminə vətəndaş
cəmiyyəti institutlarından
fəallıq tələb
olunduğunu bildirən Ə.Vəliyev vurğulayıb
ki, əlverişli mühitin yaradılması
üçün Milli
Məclis tərəfindən
yaxın gələcəkdə
mütləq mütərəqqi
qanunlar işlənilib
qəbul olunacaqdır.
Bütün
bəşəriyyəti narahat
edən COVID-19 pandemiyası
və müşahidə
olunan meyillər də görüşlər
zamanı müzakirə
edilib. Ölkəmizdə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə qəbul edilmiş qərarlar nəticəsində koronavirusa
yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. COVID-19-a qarşı
vaksinlərin hökumət
tərəfindən Azərbaycana
gətirilməsi və
əhalinin peyvənləşdirilməsi
məsələləri də
müzakirə olunub.
Görüşlərdə
siyasi partiyaların fəallığının artırılması
məsələləri də
xüsusi olaraq müzakirə edilib. "Ölkəmizdə mövcud
olan siyasi partiyaların sayı Azərbaycanda yaşanan siyasi plüralizmdən bilavasitə xəbər verir”, – deyən Ə.Vəliyev vurğulayıb
ki, Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan
diqqət daha da artacaqdır.
Müzakirələr
zamanı Elşad Musayev, Elşən Musayev, Tahir Kərimli və
Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Zəfər Günü”, "Anım
Günü”, həmçinin Vətən müharibəsində
Qələbə ilə bağlı müvafiq orden və
medalların təsis olunması, habelə Bakı şəhərində
Vətən müharibəsi memorial kompleksi və Zəfər
muzeyinin yaradılması ilə bağlı sərəncamlarını
yüksək qiymətləndirib, bu cür ali təşəbbüslərin
böyük Qələbəni əbədiləşdirməyə
xidmət edəcəyini vurğulayıblar. Noyabrın 10-nun
Türkiyədə Mustafa Kamal Atatürkün anım
günü olduğunu nəzərə alaraq, Azərbaycan
Respublikasında Zəfər Gününün tarixinin dəyişdirilməsi
də partiya sədrləri tərəfindən
alqışlanıb.
Görüşə görə təşəkkürlərini
bildirən partiya rəhbərləri dövlətçiliyimizin,
iqtidar ilə müxalifət arasında
dialoqun və yeni siyasi konfiqurasiyanın
inkişafına hər
zaman dəstək olacaqlarını bildiriblər.
Azərbaycan. - 2020.- 6 dekabr.- S.4.