Azərbaycan Alban-udi
dini icmasının nümayəndələri Kəlbəcərdəki
Xudavəng monastır
kompleksini ziyarət ediblər
Vətən müharibəsi şəhidlərinin əziz
xatirəsi dağlar qoynunda yerləşən monastırda ehtiramla yad olunub
Dekabrın 4-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri
Ermənistanın işğalından
azad olunan Kəlbəcər rayonundakı
Xudavəng monastır
kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın
müxbiri Azərbaycan Alban-udi dini icmasının nümayəndələri
ilə birlikdə Kəlbəcərdə, Xudavəng
monastır kompleksində olub.
İllərdir
bütün dinlərin nümayəndələri
üçün bərabər şəraitin
yaradıldığı Azərbaycanda firavan yaşayan udilər
Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq Qəbələ
və Oğuzdakı alban məbədlərində olduğu
kimi, işğal altındakı Alban kilsələrində, o
cümlədən Kəlbəcərdəki Xudavəng
monastır kompleksində də ibadət edəcəkləri
günləri səbirsizliklə gözləyirdilər.
Sentyabrın 27-də Ermənistanın növbəti
hərbi təxribatına
cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı
nəticəsində darmadağın
edilən düşmən
noyabrın 10-da kapitulyasiya
aktına imza atmağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin
imzaladıqları Birgə
Bəyanata əsasən,
Kəlbəcər, Ağdam
və Laçın əsl sahiblərinə təhvil verildi. Bu gün isə
tarixi abidələrimizdən
olan bu məbəddə
illərdir ibadət edəcəkləri günü
gözləyən udilər
işğala son qoyulduqdan sonra ilk ayinlərini icra etmək üçün Kəlbəcərə
gəliblər.
1993-cü
il aprelin 2-də işğal edilən Kəlbəcər Azərbaycanın
yüksək dağlıq
rayonlarından biridir.
Mineral sular, yeraltı və yerüstü təbii ehtiyatlar, tarixi abidələr ilə zəngin olan bu rayon, həm
də bənzərsiz
təbiətə malikdir.
Kəlbəcərə qədəm qoyarkən diqqətimizi çəkən,
ilk növbədə,
rayonun əsrarəngiz
təbiəti oldu: başıqarlı dağlar,
sıldırım qayalar,
sıx meşələr,
bolsulu çaylar... Lakin bu gözəlliyin
fonunda hər addımda erməni vəhşiliyinin şahidi
olurduq: dağıdılmış
abidələr, infrastruktur
obyektləri, yandırılmış
evlər, kəsilmiş
ağaclar... Bütün
bunlar düşmənin
vəhşi və faşist mahiyyətini açıq şəkildə
nümayiş etdirirdi.
Bu gün işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də artıq ordumuzun nəzarətindədir. Dövlət
başçısının qeyd etdiyi kimi,
bütün bu ərazilərimiz bərpa
ediləcək və məcburi köçkünlərimiz
doğma torpaqlarına
qayıdaraq firavan yaşayacaqlar.
Prezident
İlham Əliyevin İkinci Qarabağ müharibəsi şəhidlərinin
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı sərəncamına
əsasən, canlarını
vətənimizin ərazi
bütövlüyü uğrunda
qurban verən qəhrəmanlarımızın xatirəsi işğaldan azad olunan Kəlbəcərdə dağların qoynunda ehtiramla anıldı.
Müdafiə
Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı çıxış
edərək Silahlı
Qüvvələrin Müzəffər
Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində göstərdiyi
rəşadətdən, qazanılan uğurlardan danışdı,
döyüşlərdə qəhrəmancasına şəhid
olmuş Vətən övladlarına Allahdan rəhmət dilədi. Şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastırı
dünya əhəmiyyətli
memarlıq abidələrindəndir.
Monastırın əsası
VI-VII əsrlərdə qoyulub.
Kompleks Qafqaz Albaniyası dövlətinin
süqutundan bir əsr sonra - IX əsrdə Qarabağın
dağlıq hissəsində
yaradılmış Alban
Xaçın Knyazlığının
dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı
və dini maarif mərkəzi fəaliyyət göstərib.
XIII əsrdə Mehranilər
sülaləsindən olan
Xaçın knyazı
Böyük Həsənin
oğlu Bəhramın
ailəsi tərəfindən
monastır yenilənib
və orada əlavə tikililər inşa edilib.
Azərbaycan
Alban-udi dini icmasının nümayəndələrinin
tarixi Alban məbədinə gəlişi,
burada dini ayinlərini icra etmələri böyük
əhəmiyyətə malik
hadisə oldu. İcma nümayəndələri
məbəd kompleksə
aid kilsədə Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən
övladlarının ruhuna
dualar oxudular. Xristian dini ilə
bağlı ayinlər
icra olundu, udi dilində liturgiya səsləndi, kilsədə şamlar yandırıldı.
Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama
verən icmanın sədri Robert Mobili bildirdi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin
burada etdiyi saxtakarlıqlar açıq
şəkildə görünür.
Bu, monastırın giriş qapısındakı
erməni xaçkarlarında
və daxildəki bir çox müasir xaç elementlərində özünü
büruzə verir.
İcma
sədri Azərbaycanda
müxtəlif dinlərin
nümayəndələri üçün
bərabər şəraitin
yaradıldığını, ölkəmizdə bütün
dini məbədlərin,
o cümlədən kilsə,
sinaqoq və məscidlərin əsaslı
şəkildə təmir
olunduğunu diqqətə
çatdırdı. Vətən
müharibəsi günlərində Qəbələnin
Nic qəsəbəsində
Müqəddəs Məryəm
kilsəsinin bərpasını
əks etdirən fotoların Kəlbəcərdəki
Xudavəng monastırında
göstərildiyini söylədi.
Qeyd etdi ki, işğaldan azad olunan ərazilərimizdəki
dini məbədlərimiz
də bərpa ediləcək və dindarların istifadəsinə
veriləcək.
Lakin
Tarixi Qafqaz Albaniyasının məbəd
və digər mədəni irs nümunələri erməni
kitablarında hər zaman əsassız olaraq "qədim erməni” mədəni irsi, erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonu işğal edildikdən sonra Xudavəng monastırında da qanunsuz bərpa işləri aparılıb.
Bərpa adı ilə pərdələnən
saxtakarlaşdırma işləri
Erməni Apostol Kilsəsinin nəzarəti
altında 1997-2011-ci illərdə
- 14 il davam edib.
Kəlbəcər rayonunda dövlət reyestrindən keçən
35 Alban məbədi var və onların
demək olar hamısı Ermənistan tərəfindən saxtalaşdırılıb
və ya dağıdılıb. Belə
ki, alban kilsələrinin memarlıq
üslubu, həmçinin
onlara aid simvol və elementlər erməni saxtakarlığına məruz
qalaraq dəyişdirilib.
Qədim Şərq kilsələrindən olan
Alban müstəqil kilsələri həm memarlıq üslubuna, həm də xaçın formasına,
ibadət dilinə, liturgiyasına görə
erməni kilsələrindən
tamamilə fərqlənir.
Bununla yanaşı, fərqli əlifba, fərqli dildə olan müqəddəs kitablar və apostol xətti də Alban kilsələri
ilə erməni kilsələri arasındakı
fərqləri açıq-aydın
nümayiş etdirir.
Azərbaycan. - 2020.- 6 dekabr.- S.5.