Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə aztəminatlı və digər həssas qruplardan olan
ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibəti ilə
sovqatların çatdırılmasına
başlanılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək. Buraya aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.
Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.
Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək.
Qeyd
edək ki, aztəminatlı ailələri və xüsusi
qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə
saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi
olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika
üzrə sosial yardım alan
ailələrə Yeni il,
Novruz və Ramazan
bayramlarında sovqatlar
çatdırılıb, sosial yardıma
ehtiyacı olan minlərlə şəxs üçün bayram
süfrələri təşkil edilib, hədiyyələr
verilib. Eləcə də yeni növ koronavirus
(COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən
çıxması qadağan edilən
yaşı 65-dən yuxarı tənha yaşayan
şəxslərə və "Biz
birlikdə güclüyük” layihəsi
çərçivəsində aztəminatlı ailələrə
ərzaq payları çatdırılıb.
Azərbaycan.-2020.- 26 dekabr.- S.14.