Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:

 

Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlupolkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğluehtiyatda olan baş çavuş.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2020-ci il.

Azərbaycan.-2020.- 10 dekabr.- S.1.