Güc yolu ilə bərpa olunan ədalət

 

İlham Əliyev ATƏT-in Minsk qrupunun həll etmək istəmədiyi problemi Ermənistanı cəzalandırmaqla yoluna qoydu

 

 

İkinci Dağlıq Qarabağ müharibəsi son dövrlərin ən böyük hərbi-siyasi hadisələrindən biri oldu. Azərbaycanın tam qələbəsi ilə başa çatan bu müharibədə Ermənistanın işğal siyasətinə son qoyuldu. Eyni zamanda bu hadisə ilə Azərbaycan "problemin güc yolu ilə həlli yoxdur” deyənlərin bütün arqumentlərinin əsassız olduğunu sübut etdi.

 

 

Vasitəçilər mandatlarına uyğun fəaliyyət göstərə bilmədilər

 

 

Artıq "Dağlıq Qarabağ problemi” deyilən bir anlayış yoxdur, çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib, status-kvonu dəyişib. Bu məsələdə beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Sovet hakimiyyətinin vilayət kimi yaratdığı Dağlıq Qarabağın ərazisi Azərbaycanın tarixi torpaqlarıdır və həmişə də ölkəmizin tərkibində olub. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Dağlıq Qarabağ bütün dünya tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Daha sonra BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistanın qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunub. Bundan başqa, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində də Azərbaycanın ərazi bütövlüyü məsələsi tam təsbit olunub.

28 il bundan əvvəl öz missiyasına başlayan ATƏT-in Minsk qrupu da öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanmışdı. Lakin bu dövrdə qrup öz mandatına uyğun fəaliyyət göstərə, münaqişənin sülh yolu ilə həllinə nail ola bilməmişdi.

Elə buna görə də dekabrın 12-də ATƏT-in Minsk qrupunun FransadanABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni güc yolu ilə həll etdiyiniMinsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırdı: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.

 

 

BMT qətnamələrinin yerinə yetirilməsi işğalçıdan tələb edilmədi

 

 

 

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini konkret formada sübut edən beynəlxalq hüquqi sənədlərdir. Bu sənədlərin qəbul edilməsinin lehinə səs verənlər həm də danışıqlar prosesində ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdir. Amma onlar heç vaxt BMT qətnamələrinin yerinə yetirilməsini işğalçıdan tələb etmədilər. Baxmayaraq ki, son onilliklərdə bəzi dövlətlərə qarşı beynəlxalq sankisiyalardan və hətta güc amilindən istifadəyə dair çoxsaylı hadisələr var.

Bir neçə il əvvəl isə Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək, status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Bu bəyanat Azərbaycanla münaqişənin həlli ilə bağlı ümidlər yaratmışdı. Lakin bir müddət sonra bu mövqe də dəyişdi, status-kvonun qəbuledilməz olması barədə bir daha danışılmadı və ortaya qoyulan mövqe yalnız status-kvonun qorunmasına xidmət etdi.

Ermənistana qarşı təzyiqlərin olmaması isə onun özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Bu ölkə beynəlxalq hüququmövcud qətnamələri ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Bunlar artıq keçmişdə qalsa da, tarixdir və ATƏT-in Minsk qrupu tərəfindən bu münaqişənin həll edilməməsi ədalətsizliyin, ikili standartların rəmzi kimi daim xatırlanacaq. "Problemin güc yolu ilə həlli yoxdur” deyənlərin indi özləri də qəbul edirlər ki, güc yolu ilə həlli varmış, sadəcə, onlar mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Nəhayət, gördülər ki, Azərbaycan özü Ermənistanı döyüş meydanında məğlub edərək kapitulyasiya hesab olunan bəyanatı imzalamağa məcbur etdi.

 

 

İlham Əliyev: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”

 

 

Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe sərgiləməyi, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların heç biri olmadı. Azərbaycan öz gücü hesabına problemi həll etdiMinsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirdi.

Beləliklə, danışıqlar prosesinin prinsipləri tam təmin olundu, işğal olunmuş ərazilərdən təcavüzkar Ermənistanın qoşunları çıxarıldı. Bu gün Azərbaycanda heç kim ortaya ədalətli mövqe qoya bilməyən ATƏT-in Minsk qrupunu gözləmir, çünki, qeyd etdiyimiz kimi, onun mandatına daxil olan məsələni Azərbaycan güc yolu ilə yoluna qoydu. Elə buna görə də həmsədrləri qəbul edən Prezident İlham Əliyev onları Azərbaycana səfərə dəvət etmədiyini bildirdi: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz”.

Artıq status-kvo, Dağlıq Qarabağ münaqişəsi, Madrid prinsipləri kimi anlayışlar yoxdur. Bəs indi Azərbaycana gələn ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Bundan sonra həmsədrlər sadəcə olaraq regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yolkommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilərlər. Buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdırlar. Bu yolla regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərlər.

Amma fərdi olaraq, xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda Minsk qrupunun üzvü olan 11 dövlətin hamısı, o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiyaya prosesin siyasi inhisara alınması baş verməməlidir.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 15 dekabr.- S.1;3.