Hərbi məğlubiyyət, siyasi xaossosial-iqtisadi iflas

 

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Ermənistana məhvedici zərbə oldu

 

 

Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibənin nəticələri Ermənistana həm hərbi, həm siyasi, həm də sosial-iqtisadi müstəvidə böyük zərbə vurdu. Müharibənin ilk günlərindən məlum oldu ki, cəbhədəki döyüşlər Ermənistana baha başa gəlməkdədir. Hər keçən gün işğalçı dövlətə hərbi, siyasi-diplomatikiqtisadi müstəvidə böyük zərbələr dəydi.

Məğlubiyyət fonunda erməni ictimaiyyəti, müxalifəti, sosial şəbəkə istifadəçiləri Paşinyandan hesab sormağa başladılar. Müharibədə və ondan sonrakı müddətdə erməni mediasında hazırlanan reportajlardan, sosial şəbəkələrdəki paylaşımlardan ən diqqət çəkənlərini növbəti dəfə diqqətinizə çatdırırıq.

 

 

Soyuq zirzəmilər, zülmət gecələr və böyük qorxu

 

 

Müharibənin ilk günlərində erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük idi. Döyüşlərdə Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran erməni mediası yazırdı ki, Şuşa hospitalına yüzlərlə yaralı gətirilib. Bildirilirdi ki, öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçikböyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib. Qeyri-rəsmi məlumatlara görə, yüzlərlə hərbi texnika sıradan çıxıb.

"Sputnik Armeniya” saytının Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu yazılırdı. Qeyd olunurdu ki, Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər. Hətta Xankəndidəki məktəblərdən birinin müəllimi Qayane Muradyan sosial şəbəkədəki paylaşımlardan birində deyib ki, Azərbaycan tərəfinin endirdiyi zərbələr onları qorxuya salıb: "Çox narahatıq. Başqa heç bir şey haqqında düşünə bilmirik. Ön cəbhədəki qohumlarımız vəziyyətin olduqca gərgin olduğunu, hər gün əsgərlərimizin öldürüldüyünü deyirlər. Bütün bunlar bizim psixikamıza təsir göstərir”.

Baş verənlərlə bağlı "4rd.am” saytının hazırladığı reportajda bildirilirdi ki, Ermənistan hospitalları yaralılarla doludur: "Dərmanlar çatışmır, nəqliyyat vasitələri yaralıları daşımaq üçün azlıq edir. Yaralıların gətirildiyi Yerevanda bir qadın hönkür-hönkür ağlayırdı. O, "Nə üçün?” deyə soruşur və "cəhənnəm olsun bu quldurlar, oğrular, mənim oğlumu öldürdülər” - deyə qışqırırdı. Sonradan bəlli oldu ki, o, Azərbaycanı deyil, Paşinyan hakimiyyətini nəzərdə tuturdu. Mən ağlayan qadından artıq heçsoruşa bilmədim. O, elə hey, "Heyvanlar, əclaflar mənim oğlumu öldürdülər” - deyə qışqırırdı”.

Reportajı hazırlayan erməni jurnalist həmin qadının Ruzanna Kirokasyan adlı rəfiqəsindən baş verənlər haqda soruşur: "Rəfiqəsi deyir ki, onun oğlu bazar günü günorta saatlarında yaralanıb. Onu Yerevana hospitala gətiriblər. Hər şey yaxşı imiş, amma dərmanın yoxluğuna və həkimlərin səhlənkarlığına görə oğlu ölüb”.

Müharibənin ikinci həftəsində artıq Ermənistan tərəfi cəbhədə davam edən hərbi əməliyyatlar fonunda daha Azərbaycan torpaqlarında qala bilməyəcəklərini başa düşərək şələ-külələrini yığışdıraraq oranı birdəfəlik tərk etməyə hazırlaşırdılar. Bununla bağlı "Joxovurd” qəzeti yazırdı ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Xankəndi sakini Artak Allahverdiyan deyir ki, o, tezliklə Rusiyaya getmək niyyətindədir: "Ümidimiz Rusiyadır. İnanıram ki, oradakı qardaşlarımız bizi qəbul edəcək, tək qoymayacaqlar”.

Müharibənin son 10 günlüyündə isə erməni mediası Paşinyanın artıq istefa verməsinin məcburiyyət olduğunu yazmağa başladı. "Armenianweekly.com” saytı yazırdı ki, cəbhədə gedən döyüşlərdəki ilkin nəticələr onu deməyə əsas verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan baş verənlərdən sonra istefa verməyə məcburdur: "Ordumuz ağır məğlubiyyət almaqda davam edir və rəqib uzun illərdir möhkəmləndiyimiz strateji əhəmiyyətli yüksəklikləri, kəndləri tutdu. Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər bizdədir. İtkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Azərbaycan tərəfi aşağı-yuxarı rəqəmləri açıqlayıb. Xüsusən rəhbərlik bizi həmişə inandırırdı ki, rəqibin təhdidləri boş sözlərdir. Onlar bizi aldadırdılar ki, Rusiya Azərbaycanın açıq hücumlarına imkan verməyəcək. Amma hər şey tamam fərqli oldu”.

"Qrapark” qəzetinin Xankəndiyə ezam olunmuş müxbiri yazırdı ki, əhali müharibənin onlara böyük fəlakətlər gətirəcəyini yaxşı bilirdi: "Bir həftədir Stepanakertdəyik (Xankəndi-red.) Gecələr zülməti yaşayırıq, soyuq zirzəmilər insanlarla doludur. Şəhərdə işıq yoxdur. Baş verənlərdən erməni əsgər anaları çox narahatdırlar. Onlar Paşinyanın övladlarını ölümdən qurtaracağını gözləsələr də, bunun əksi baş verdi. Paşinyan Azərbaycanla müharibənin acı nəticələrini hesablaya bilməyib. O dərk etməlidir ki, erməni cəmiyyəti müharibədən bezib. Oğulları özgə torpaqlarda ölən erməni əsgər analarının naləsi Stepanakerti bürüyüb. Paşinyana, Araik Arutyunyana nifrət artır. Erməni ordusunda özbaşınalıq hökm sürür, döyüş ruhu aşağı düşübyeni nəsil mənasız müharibədə vuruşub ölmək istəmir”.

 

 

Orduda ümid ahıllara və qadınlara idi

 

 

44 günlük müharibə dövründə Azərbaycan Ordusu cəbhədə gündən-günə düşmənə getdikcə daha ağır zərbələr vururdu. Düşmənin hərbi-texniki potensialı əhəmiyyətli dərəcədə sıradan çıxarılmışdı. Eyni zamanda Ermənistan canlı qüvvə sarıdan da ciddi korluq çəkirdi. Ermənistanın Qarabağdakı ordusunun şəxsi heyətinin və xaricdən gələn muzdluların böyük qismi ordumuz tərəfindən məhv edilmişdi. Bu səbəbdən Ermənistan artıq 60-70 yaşlı qocaları döyüşə göndərməyə başlamışdı.

Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə təkcə Azərbaycanla döyüşdə olan itkilər dayanmırdı. Bunun bir səbəbi də odur ki, minlərlə erməni ordu sıralarında xidmətdən boyun qaçırırdı. Erməni gəncləri illərdir ki, hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edirlər və bu proses müharibə günlərində daha da intensivləşmişdi. Hökumətin səfərbərlik barədə qərarına baxmayaraq, müxtəlif bəhanələrlə çağırışçı yaşında olan ermənilər xidmətdən yayınır, qalanları isə ölkəni tərk edirdilər. Bu səbəbdən Ermənistanda yaşlıların orduya cəlb edilməsi daha da sürətlənmişdi. İşğalçı ölkədə bunu yaşlıların təcrübələrinin çox olması səbəbindən könüllü şəkildə ordu sıralarına qoşulması kimi təbliğ edirlər. Amma təcrübə göstərir ki, yaşlı insanlar fiziki göstəricilərinin və çevikliyin aşağı olması səbəbindən elə döyüşə gəldiyi ilk andan həyatla vidalaşırdılar.

Fransanın "Liberation” qəzeti yazmışdı ki, Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır. Buna görə hətta Fransada yaşayan erməni əsilli qocaları da Qarabağda döyüşməyə razı salmaq üçün aparılırdı. Qəzet erməni əsilli 64 yaşlı Fransa vətəndaşı Qilbert Minasyanın Qarabağ döyüşlərində vuruşmaq üçün Yerevana yola düşməsi barədə material yayımlamışdı. Məqalədə həmin şəxsin 1990-cı illərdə də Azərbaycana qarşı Ermənistan ordusunda döyüşdüyü bildirilirdi.

 

 

 

Ermənilər baş nazirdən hesab sorurlar

 

 

Müharibə müddətində sosial şəbəkələrin ermənidilli seqmentini Ermənistan tərəfinin ciddi itkilər verməsi ilə bağlı paylaşımların müzakirəsi də zəbt etmişdi. Vurğulanırdı ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə Yerevana göndərilirdi. Onu da əlavə edək ki, ermənilər sosial şəbəkələrdə saxta profillər açaraq yalan məlumatlar paylaşır və Azərbaycana qarşı kəşfiyyat-təxribat fəaliyyəti də aparırdılar.

Simon Sarkisyan "Facebooksosial şəbəkəsində yazırdı ki, çox dəhşətli müharibə gedir: "Qardaşım oğlu işləri ilə əlaqədar Stepanakertdədi (Xankəndi - red.). Dünən deyir ki, informasiya qıtlığıdır. Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar açıqlayırlar. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərə yığıb aparırlar. Ona görə də onlar yolda ölürlər. Həkim çatışmır, dərman yoxdur”.

Albert Simonyan adlı "Odnoklassniki” isifadəçisi Xankəndidən video paylaşaraq əhalinin təşviş içində qaçdığını qeyd edir: "Demək olar ki, hamı zirzəmilərdə gizlənir. Bizim itkilərimiz çoxdur”.

Mane Martirosyan adlı "Twittersosial şəbəkə istifadəçisi yazır: "Özüm Ermənistanın Cermuk şəhərindənəm, ancaq bütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Onunla danışmışam, deyir ki, kişi əhalisi arasında səfərbərlik gedir. Deyəsən uduzmuşuq. Şuşa şəhəri bomboşdur, hamı evlərə sığınıb”.

Harut Qriqoryan tərəfindən "Odnoklassniki” sosial şəbəkəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərlə bağlı paylaşılan xəbərə Martin Qalstyan adlı istifadəçinin rəyi də maraqlıdır: "Aprel döyüşlərindən sonra növbəti qorxunu yaşayırıq. Yalanlardan cana doymuşuq. Niyə ölən əsgərlərimizin sayını düzgün demirsiniz? Stepanakertdə yaşayan bir tanışım deyir ki, çox itkilər vermişik. Nə vaxtacan belə davam edəcək? Paşinyan, niyə Sarkisyanın yolunu tutmusan? Görəsən, Paşinyan növbəti rəzilliyindən utanırmı?!”

Syuzi Xaçatryan adlı "Facebook” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Atam ehtiyatda olan hərbi zabitdir. Müharibəyə çağırırlar, gizlənib getmir. Deyir ki, Sarkisyandan sonra Paşinyan Ermənistan üçünedib? Hamısı müharibə adı ilə ciblərini doldurub. Gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkardırlar. Əsgər valideynləri, övladlarınızın boş yerə, yalançı rejimin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın "Facebook”da müharibə ilə bağlı çağırışına Vladislav Markaryanın rəyinə çoxlu reaksiya verilib: "Baş nazir, işiniz-gücünüz sosial şəbəkələrdə paylaşımlar etməkdir. Bizə müharibə lazım deyil, uşaqlarımızı çöldən tapmamışıq. Ayılın! Azərbaycan Stepanakerti geri qaytarmağa saatları sayır. Qaç, canını qurtar! Bu gedişlə Azərbaycan Yerevana kimi gələcək”.

Karen Mxitaryan adlı "Facebook” istifadəçisi yazırdı ki, çox qorxulu vəziyyətlə qarşılaşıblar. Vardenis şəhərindən olan müəllim qeyd edir ki, son günlər qarşı tərəf itkilər versə də, bizdə onlardan daha çoxdur: "Gizlədilir. Səbəbsiz uşaqlarımız ölümə göndərilir. Paşinyana çox inanırdıq, ümidimizi puç etməkdə davam edir. Şəxsən hər vasitəyə əl atıb uşağımı hərbi xidmətdən yayındırmışam”.

"Facebooksosial şəbəkə istifadəçisi Davut Qasparyan yazır ki, xalqın sevimlisi olmaq istəyən Nikol Paşinyan da Serj Sarkisyan kimi Azərbaycan, onun rəhbərliyi qarşısında acizdir: "İlham Əliyev sonuncu bəyanatında Ermənistanla kifayət qədər sərt tonda danışdı, açıq şəkildə bildirdi ki, zəfər onların olacaq. Müharibə gedir, uduzuruq və indiyə qədər Paşinyan buna qarşı hansısa tutarlı cavab verə bilməyib. O, Serj Sarkisyandan qətiyyən fərqlənmir”.

Beləliklə, Ermənistanda sosial şəbəkələrdə belə səpkidə şərhlərin və paylaşımların sayı kifayət qədərdir. Müharibədə məğlub olacaqlarını erməni cəmiyyəti ilk günlərdən dərk edirdi.

 

 

 

"Paşinyanı Qəzzafinin gününə salmalıyıq”

 

 

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsində məğlub və təslim olma aktını imzaladıqdan sonra Ermənistanda siyasi gərginlik pik nöqtəsinə çatdı. Noyabrın 10-dan etibarən Yerevanda baş verənlərdən sonra ölkədə, demək olar ki, hakimiyyətsizlik və siyasi xaos hökm sürür. İnsanlar Paşinyanın baş nazir postundan istefasını tələb edirlər. Bunu Ermənistanda on minlərlə insanın iştirakı ilə Paşinyan hökumətinin istefa verməsi tələbi ilə keçirilən aksiyalardan da görmək olar. Amma baş nazir küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi hakimiyyəti güc yolu ilə qəsb etməyə hazır olduğunu göstərir.

Xatırladaq ki, noyabrın 9-dan 10-na keçən gecə Yerevanın mərkəzinə əhali imzalanan akta etiraz edərək küçələrə çıxıb. Etirazçılar hökumət binasına girib, şüşələri və qapıları qırıblar. Binada olan xüsusi xidmət orqanları əməkdaşları etirazçılara müqavimət göstərməyiblər. Etirazçılar daha sonra baş nazirin kabinetinə girərək dövlət atributlarını binadan çıxarıb istefa tələbi ilə çıxış ediblər. Onlar keçmiş prezident Robert Koçaryanı Paşinyana qarşı hərəkata rəhbərlik etməyə çağırıblar. İğtişaşlar nəticəsində baş nazirin iqamətgahından kompüterinin, saatının, sürücülük vəsiqəsinin və digər əşyaların oğurlandığı açıqlanıb. Yerevanda Ermənistan parlamentinin sədri Ararat Mirzoyan etirazçılar tərəfindən döyülüb.

Aksiyalara qatılanlar məqsədlərinə çatmaqda israrlı olduqlarını, Paşinyan idarəçiliyindən mütləq şəkildə canlarını qurtaracaqlarını bildirirlər. Anton Melkumyan adlı etirazçı deyir ki, Paşinyan Ermənistana xəyanət etdi: "Bundan əvvəlki dövrdə Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan xaricilər üçün gəlir mənbəyinə çevrildi. Paşinyan gəldikdən sonra da dəyişən bir şey yoxdur. Hər ikisi xalqı yox, öz gələcəklərini fikirləşiblər”.

 

Anuş Petrosyan adlı sakin isə Paşinyana müraciət edərək soruşub ki, bütün milləti aldatdığına və xəyanət etdiyinə görə nə zaman həbs olunacaqsan: "Müharibə edə bilmirsənsə, bunu açıq söyləyərdin. Övladlarımızı qırdın. Mən mühakimə tələb edirəm. Səni yandırmaq kifayət deyil!”

Emin Navasartiyan adlı erməni bildirib ki, vətənə xəyanət ən ağır cəza səviyyəsində cavablandırılmalıdır: "Paşinyana edam!”

Dezik Poqosyan adlı sakin qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlməsi üçün hər şey etdik: "Gecələr yuxusuz qaldıq, keçmiş hakimiyyətə qarşı bərabər mübarizə apardıq. Paşinyan isə xəyanət etdi. Paşinyanı Müəmmar Qəzzafinin gününə salmalıyıq”.

Xalq arasında nüfuzunu tam itirən Paşinyan isə özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin gülləsi hesabına dağıtmağa üstünlük verir. Baş nazirin göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur.

 

 

 

Müxalifət vətəndaş müharibəsinə hazırlaşır

 

 

Ermənistanın siyasi partiyaları da birgə bəyanat yayaraq N.Paşinyan başda olmaqla hökumətin istefasını tələb ediblər. 17 partiyanın imza atdığı sənəddə Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövcud problemlərin öhdəsindən gələ bilmədiyi qeyd olunub. Bu baxımdan siyasi partiyalar Paşinyanonun kabinetinin könüllüdinc şəkildə istefasını, dərhal yeni hökumətin qurulmasını tələb edirlər. Bəyanatı "Azadlıq”, "Milli Təhlükəsizlik”, "Milli Demokratik Birlik”, "Alyans”, "Çiçəklənən Ermənistan”, "Daşnaksütyun”, "Həmrəylik”, "Ermənistanın Milli Liberal Birliyi”, Ermənistanın Respublika Partiyası, "Ermənistan Xristian Demokratik Birliyi”, "Vətən”, "Vahid Ermənistan” və digər partiyalar imzalayıblar.

"Çiçəklənən Ermənistan” partiyasının üzvü, deputat İveta Tonoyan Nikol Paşinyanı dərhal istefa verməyə çağıraraq deyib ki, tariximizin ən biabırçı səhifəsi yazıldı: "Bir neçə saat əvvəl "Çiçəklənən Ermənistan” və bir sıra digər partiyalar baş nazirin istefasını tələb etdilər. Bütün bu baş verənlərdən sonra istefa Paşinyanın etməsi lazım olan ən kiçik şeydir”.

Paşinyanın istefasını tələb edən müxalifət fəallarından Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, "Vətən” partiyasının sədri Artur Vanesyan "Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, "Respublikaçılar” partiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputatlar Vaqram Baqdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemdilibyan, "Vətən” partiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan, "Erkir media” telekanalının rəhbəri Qeqam Manukyan və "Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan polis tərəfindən həbs edilmişdilər.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanovu qanunsuz toplantının təşkil edilməsi ittihamı ilə həbs etmişdi.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Paşinyanın ictimai təzyiqlər artdıqca istefa verəcəyini bildirib. O qeyd edib ki, Paşinyan "baş nazir” adlandırılmasın, çünki artıq onun belə adlandırılmasına mənəvi haqqı yoxdur: "O, baş nazir postunu ələ keçirən, öz fəaliyyəti ilə Ermənistanı dərin bir uçuruma aparan adamdır. Müxalifət işləyir və Paşinyan ictimai təzyiq artdıqca istefa verəcək”. Vanetsyan deyib ki, Paşinyanın 2,5 illik fəaliyyəti bütün istiqamətlərdə uğursuzluqla nəticələnib. Belə bir şəxs yol xəritəsi dərc edə bilməz. Ölkənin dövləti bu çətin vəziyyətdən çıxara biləcək mütəxəssislərə, vətənpərvərlərə, milli fikir daşıyıcılarına ehtiyacı var.

 

 

Azərbaycan Ermənistan iqtisadiyyatını tam çökdürüb

 

Ermənistanda müharibə məğlubiyyəti və pandemiya fonunda baş verən son hadisələr bu ölkənin sosial-iqtisadi həyatında olduğu kimi, siyasi fonda da problemlərini dərinləşdirib. Xüsusən Paşinyan hakimiyyəti ilə keçmiş iqtidarların təmsilçiləri arasında kəskinləşən qarşıdurma yeni siyasi xaosun formalaşmasına səbəb olub, proseslər daha gərgin mərhələyə qədəm qoyub.

"Fitch” beynəlxalq kredit reytinq agentliyibu ölkənin kredit reytinqini aşağı salıb. Belə ki, müharibənin davam etdiyi günlərdə "Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-”dən "B+” səviyyəsinə endirildiyini açıqlayıb. Bu onu göstərir ki, Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskindir. Hesablamalara görə, ilin sonuna bu ölkədə ÜDM-in səviyyəsi 6,8 faiz azalaraq 13 milyard dollar təşkil edəcəkdir. Amma hərbi əməliyyata çəkilən xərclər fonunda azalmanın daha çox olması gözlənilir. Azərbaycanın yalnız dronları Ermənistanı bir milyard dollarlıq ziyana salıb.

Hesablamalara görə, müharibənin bir günü Ermənistan üçün təxminən 30 milyon dollara başa gəlib. "4rd.am” saytı yazır ki, Dağlıq Qarabağda müharibənin davam etməsi Nikol Paşinyan hakimiyyətinin bu günə kimi 1,2 milyard dollardan çox maliyyə itirməsi ilə nəticələnib: "Ermənistan müharibədən öncə də iqtisadi baxımdan son dərəcə zəif ölkə idi. Bu qədər itkiləri də nəzərə alanda postmüharibə dövründə ölkənin iqtisadiyyatının nə günlərə qalacağını təsəvvür eləmək çətin deyil. Otuz il ərzində qurulan və 44 günə darmadağın edilən ordunu əvvəlki vəziyyətdə bərpa etmək üçün Ermənistana indi ən azı 5-6 milyard dollar əlavə vəsait lazım olacaq”.

Ümumiyyətlə, Ermənistanda vəziyyət koronavirus pandemiyasına və Qarabağ müharibəsinə qədər də kifayət qədər acınacaqlı idi. Belə ki, 2019-cu ilin yekunlarına görə, Ermənistanın xarici ticarət balansının kəsiri 48 faiz təşkil edirdi. Müqayisə üçün deyək ki, 2019-cu ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 70 faizdən çox idi. Ermənistan 2019-cu ildə 2,6 milyard dollar həcmində məhsul ixrac etsə də, onun idxalı 5,5 milyard dollardan çox olmuşdu. Hazırda xarici ticarət balansındakı 3 milyard dollara qədər kəsiri bağlamağın yeganə yolu isə dövlətin borclanmasıdır. Belə ki, işğalçı Ermənistan artıq ümumi daxili məhsulunun 70 faizi qədərində xarici borclanma şəraitindədir və bu, sürətlə artmaqdadır.

Göründüyü kimi, müharibədəki məğlubiyyət Ermənistana yeni çətin günlər vəd edir. Hakimiyyətin səriştəsiz siyasəti üzündən qarşıdakı dövr ərzində Ermənistan yeni böyük problemlərlə üzləşəcək.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 15 dekabr.- S.6.