6
şəhər və
rayonda şəhid ailələri və Qarabağ müharibəsi
əlillərinə fərdi
evlər verildi
Ötən dövrdə 9000-ə
yaxın mənzil və fərdi ev bu kateqoriyadan
olan vətəndaşlara
təqdim edilib
Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm
tarixi Zəfərin qürur və fərəhini yaşadığımız
bu günlərdə şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinin
mənzil və fərdi evlərlə təminatı tədbirləri
davam edir.
Bu gün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad,
Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi
yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara
verilib.
Nazirliyinin
İctimaiyyətlə əlaqələr və kommunikasiya
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Salyanda evlərin
təqdim edilməsi tədbirində Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli,
Salyan Rayon İcra Hakimiyyətinin başçısı
Sevindik Hətəmov iştirak ediblər.
Şəhid
ailələri və Qarabağ müharibəsi əlilləri
ərazilərimizi erməni faşizminin əsarətindən
azad edən Ali Baş Komandanımızla, rəşadətli
Silahlı Qüvvələrimizlə sonsuz iftixar hissi
keçirdiklərini vurğulayıblar.
Bildiriblər
ki, 44 günlük Vətən müharibəsinin
hər günündə
xalqımız cəbhədən
yalnız qələbə
müjdələri aldı.
Ordumuz daim irəliləyərək, düşməni
doğma torpaqlarımızdan
qovdu. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə indi
Azərbaycan bayrağı
dalğalanır. Bundan
fərəhli heç
nə ola bilməz. Torpaqlarımızın
təcavüzkar Ermənistanın
işğalından azad
edilməsi şəhidlərimizin
də ruhunu sevindirir.
Həmişə
dövlət tərəfindən onların təminatı sahəsində
aparılan işlərdən razılıq edən şəhid
ailələri və Qarabağ müharibəsi əlilləri
göstərilən yüksək qayğıya, bu gün isə
yeni evlərlə təmin olunduqlarına görə Prezident,
Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını
ifadə ediblər.
Tədbirdə
qeyd edilib ki, dövlət başçısının tapşırığına
əsasən şəhid
ailələri və müharibə əlillərinin
mənzil və fərdi evlə təminatı işləri
ildən-ilə genişlənir.
2020-ci ildə onlara rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə
və müharibə əlillərinə 9000-ə yaxın
mənzil və fərdi ev təqdim
olunub. Bu proqram hazırda uğurla davam etdirilir.
Azərbaycan. - 2020.- 6 dekabr.- S.7.