Vəkillər Kollegiyası
erməni vandalizmi ilə əlaqədar 230 beynəlxalq təşkilata
müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası erməni
vandalizmi ilə əlaqədar 230 beynəlxalq
təşkilata müraciət
ünvanlayıb.
Vəkillər
Kollegiyasından AZƏRTAC-a bildirilib ki, müraciətdə
sentyabrın 27-də Ermənistan Respublikasının
silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının mülki əhalisinə qarşı
törədilən təxribatlara cavab olaraq, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
apardığı 44 günlük əks-hücum əməliyyatı
müvəffəqiyyətlə başa
çatdığı, noyabrın 10-da imzalanmış
üçtərəfli bəyanata əsasən Azərbaycan
Respublikasının ərazi bütövlüyü bərpa
edildiyi, uzun illər davam edən işğala son qoyulduğu
vurğulanıb.
Ermənistan silahlı qüvvələrinin
işğal altındakı
tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzünün – mədəni, tarixi və ekoloji vandalizmin şahidi olub. Erməni faşistləri boşaltdıqları
ərazilərdə evləri,
məktəbləri, tarixi-mədəni
abidələri dağıdır
və talayır, meşələri yandırır,
ağacları kəsərdilər.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki
memarlıq abidələrinin
bir qisminin erməniləşdirilməsi, digər
qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur.
Ermənistanın bu hüquqazidd əməlləri
nəticəsində işğal
altındakı Azərbaycan
ərazilərində qalan
İslam dini abidələri, bağ, park və memarlıq
ansamblları ermənilər
tərəfindən dağıdılaraq
artıq çoxdan tarixə çevrilib.
Azərbaycan
Respublikasının Vəkillər
Kollegiyası hüquqi
və faktiki cəhətdən əsaslandırılmış
hesabat xarakterli müraciətini beynəlxalq
hüquq-müdafiə təşkilatları,
xarici ölkələrin
vəkillər kollegiyaları
və hüquq cəmiyyətləri daxil
olmaqla, ümumi 230 beynəlxalq təşkilata
və ali qurumların 40 səlahiyyətli
şəxslərinə ünvanlayaraq,
Ermənistan Respublikası
tərəfindən həyata
keçirilən ekoloji
və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin
kəskin şəkildə
qınanılmasına çağırıb.
Azərbaycan. - 2020.- 6 dekabr.- S.7.