Yerevanda əsgər anaları Azərbaycan Prezidentindən kömək istəyirlər

 

 

Müharibə bəşər övladının qismətinə yazılan ən böyük faciələrdəndir. Tanrı da şahiddir ki, Azərbaycan 30 il yeni müharibənin və təkrar faciələrin baş verməməsi üçün danışıqlar prosesinə sadiq qaldı, beynəlxalq qurumlarla əməkdaşlığa üstünlük verdi. Prezident İlham Əliyev həm də Ali Baş Komandan kimi səbirlə 17 il Ermənistan tərəfini işğal olunmuş əraziləri tərk etməyə çağırdı. Amma təəssüf ki, bu illər ərzində nə işğalçı dövlət, nə də onun havadarları Qafqazda sülhün bərqərar olması üçün bir addım atdı. Əksinə, yeni ərazilərin işğalı eşqinə düşərək müharibəyə başladılar.

Azərbaycan işğalçı Ermənistanın hücumlarının qarşısını almağa məcbur idi. Üstümüzə gəlirdilər və müdafiə olunmaq, işğal altındakı əraziləri düşmən tapdağından azad etmək bizim haqqımız idi. Hitler necə Moskvada şam yeməyinə can atırdısa, erməni nasistləri də elə bilirdilər ki, səhər çıxsalar, axşam Bakı bulvarında oturub çay içəcəklər. Onlar reallıqların fərqinə varmadan hücuma keçdilər. Bəzi qüvvələr isə ölkəmizin ədalətli mövqeyinə və sonsuz humanizm cəhdlərinə qarşı çirkin savaşa çıxdılar. Düşmən faşist ambisiyalarına və Qafqazı əbədi müharibə ocağına çevirmək istəyən həmin qüvvələrə arxalandı. Əvəzində isə Azərbaycan Prezidentinin və xalqının sərt yumruğu ilə rastlaşdı. Amma yenə də tam məğlub edilənədək inadından əl çəkmək istəmədi. Haqqın və ədalətin təntənəsinə arxalanan Azərbaycan Prezidenti isə bütün sərtliyi ilə düşmənə cavab verdi.

Ermənistanın faşist rejimi əvvəlki illərdə olduğu kimi gözləyirdi ki, kimlərsə gəlib onların yerinə vuruşacaqonlar yenə "qələbə çələngi”ni boyunlarına atıb "qalib” pozası verəcəklər. Silah-sursat durmadan gəldi, dünyanın hər yerindən Qarabağa ötürülən yaraqlıların da sayı-hesabı olmadı. Amma nə faydası? Azərbaycan Prezidenti erməni faşistlərinin "qalib köpü aldı və onları Qarabağdan iti qovan kimi qovdu. Ali Baş Komandan Azərbaycan xalqı ilə birlikdə misilsiz zəfər çaldı.

İndi 30 illik qarşıdurmanın sonunda Azərbaycanın möhtəşəm qələbəsi sülhün uca bayrağı kimi Qarabağın azad səmalarında dalğalanır. Bu müharibədə Prezident İlham Əliyev Ali Baş Komandan kimi adını hərb tarixinə qızıl hərflərlə yazdı. Dünyada bu gün bizim qələbəmizə qısqanclıqla yanaşanlar, ona kölgə salmaq, dəyərini aşağılamaq istəyənlər və Qələbə paradına dodaq büzənlər tapılsa da, reallıq odur ki, beynəlxalq səviyyəli məşhur hərbi ekspertlər bu qələbənin dünyanın hərb tarixində ən mükəmməl və bənzərsiz müharibədə qazanıldığını etiraf edirlər.

Hətta NATO-nun tərkibində elə dövlətlər var ki, Ermənistanın gününə düşməmək üçün təcili hərbi islahatların aparılmasını və ordunun müasir silahlarla təchiz edilməsini gündəmə gətirirlər.

Prezidentin, xalqın, bütün siyasi qüvvələrin yekdilliyi, həmrəyliyi qələbənin mənəvi dayaqlarını təmin etdi. Uzun illər aparılan ordu quruculuğu, onun müasir silahlarla təchiz olunması, əsgərlərimizin müasir döyüş bacarıqlarına yiyələnmələri qələbəni labüdləşdirdi.

Bilirsinizmi Azərbaycan Prezidentinin gücü nədədir? Ekspetlər deyirlər ki, İlham Əliyev bu müharibədə yüksək humanizm nümayiş etdirdi, dinc əhaliyə, qadın uşaqlara silahımız tuşlanmadı. Biz əsrlərboyu faşist ideyaları ilə iliyinədək yoluxan bir toplumun azğın həmlələrinə cavab verdik. Təzadlara fikir verin: Ermənistan ordusu döyüş bölgələrindən xeyli aralıda yerləşən şəhər kəndlərə raketlər atdı. Amma Azərbaycan müharibənin humanitar qaydalarına əməl etdi qarşı tərəfin cinayətlərinə cinayətlə cavab vermədi. Azərbaycan Ordusu bütün erməni vəhşiliklərinin qisasını asanlıqla ala bilərdi haqlı da olardı. Xankəndidə mühasirəyə düşən 20 minlik qanunsuz erməni silahlıları da asanlıqla məhv edilə bilərdi. Amma İlham Əliyev sözünün sahibi idi - o, ermənilər məğlub olduqlarını etiraf edən kimi döyüşü dayandırdı.

İlham Əliyev nəciblik nümayiş etdirdi sadəcə Paşinyandan hərdən soruşurdu ki, yol çəkirdin, körpü tikirdin, bəs oldu? Onun yadına Qarabağda "Yallıgetməsini, qondarma rejimin paytaxtının Şuşaya köçürmək istədiyini salırdı. İndi bütün erməni mətbuatı ondan yazır ki, Paşinyan Azərbaycanda gəzən lətifəyə çevrilib. Əslində isə lətifəyə çevrilən tək Paşinyan yox, işğalçı dövlətin bütün keçmiş siyasi liderləridir. Faşizmin aqibəti belədir, o, gec-tez ölümə məhkum olur. Bu baxımdan İlham Əliyevin Ali Baş Komandan kimi çaldığı zəfər erməni xalqına da imkan verir ki, faşizmin buxovlarından qurtulsun. Yaddaşlarını qonşularına bütün xalqlara bəslədikləri kindən nifrətdən təmizləsinlər anlasınlar ki, onlar heç özlərini təqdim etdikləri kimi deyillər.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Biz Ermənistan ordusu ilə müharibə edirik, onu işğal etdiyi torpaqlardan qovuruq. 28 illik atəşkəsin 44 günlük müharibənin hər günündə Azərbaycan işğalçı dövləti sülhə, işğal altındakı əraziləri müharibəsiz tərk etməyə çağırmışdır. Amma faşist ambisiyaları ilə "lambadagedən erməni liderləri hər zaman müharibəni sülhdən üstün tutmuşlar. Çünki başlarına ağıl qoyan yox, qıcıq verib müharibəyə qıdıqlayanlar isə kifayət qədər idi.

Bu günlər Yerevanda bir hadisə baş verdi. Bu olay əslində bütün dünya üçün vacib ibrətamizdir. "Youtubekanallarının birində Yerevanda əsgər övladları itkin düşən erməni analarının adından bir qadın çıxış edir. O, kütləyə müraciət edərək həyəcanla ucadan deyir ki, necə etsin onun səsini Azərbaycan Prezidenti Əliyev eşitsin: "İndi türk deyir ki, mənim əsgərlərimi necə basdırmısansa, eləcə bir-bir çıxar ver mənə. Mən sənə əsir meyitlərini qaytarım. Ölkə belə olar ee!!! Türk mənə heç etməyəcək. Siz məni çəkib dünyaya göstərməlisiniz ki, mən türkə necə təslim oluram. Gəlməsəniz, deməli, siz satqınsınız. Mən dünən görüşdə Nikol Paşinyana demişəm ki, bu gün gedib təslim olacağam. Bu qoyunlar bizim üzümüzə qapıları bağlayırlar, bizi saymırlar. Mən necə edə bilərəm ki, mənim səsimi Əliyev eşitsin? O eşitsə, əlimdən tutub deyəcək ki, gəl gedək sənin oğlun olan bölüyü tapaq. Mən buna əminəm. İmkanınız varsa, bu xəbəri Əliyevə göndərin, o, təyyarə göndərsin, gedək uşaqlarımızı tapaq. O eşitsə, mütləq kömək edəcək. Özgə deyiləcək adam yoxdur. Bunlar heç bacarmırlar. Mən bu müraciəti övladları itkin düşən anaların adından edirəm. Bizə burda deyirlər ki, gedin, bir xəbər olsa, sizə deyəcəyik. İqtidarlı-müxalifətli kül bunların başına...”

Bəli, bu reallıqdır: erməni əsgər anasının naləsini Ermənistanda eşidən yoxduro, Azərbaycan Prezidentinə xilaskar kimi müraciət edir. Bilirsinizmi bu nə deməkdir? Əslində, bu videonu bütün dünyaya göstərmək lazımdır ki, cavab versinlər, niyə məğlub tərəfin anaları Azərbaycan Prezidentindən kömək istəyir, ona müraciət edir, ona inanırlar? 28 il Ermənistanın faşist rəhbərliyi Qarabağ müharibəsində varlandılar, sərvət topladılar, erməni xalqından isə alət kimi istifadə etdilər. Onlar işğal etdikləri ərazilərdə niyə məskən sala bilmədilər, niyə yüz il arzuladıqları "böyük Ermənistan” dövlətini qura bilmədilər, əksinə, zəbt etdikləri şəhər və kəndləri xarabazarlıqlara, cəhənnəmə çevirdilər?

Oğlunu itirən erməni qadının Azərbaycana gəlmək istəməsi əslində tükürpərdici bir məqamdır. Bu o deməkdir ki, Ermənistanda Azərbaycanın nə qədər mərhəmətli və ədalətli dövlət olduğuna inananlar və güvənən insanlar var. Erməni təbliğat maşını zurna çalıb nalə çəkir ki, azərbaycanlılarla birgə yaşamaq mümkünsüzdür. Amma bir baxın, oğlunu axtaran ana Azərbaycana güvənir. Erməni baş nazirinə və bütün rəhbərliyə nifrət edir, xilas yolunu Azərbaycan Prezidentinə müraciət etməkdə görür, onun mərhəmətinə, ədalətinə güvənir. Çünki Yerevandakı əsgər anaları görürlər ki, Azərbaycan Prezidenti savaş ritorikası ilə yox, barışa, sülhə dəvətlə danışır. Analar isə bütün hallarda sülhün tərəfdarıdırlar, hətta erməni olsalar belə...

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 27 dekabr.- S.1;3.