“Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 79; 2009, ¹ 6, maddə 400, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddələr 394, 421; 2017, ¹ 7, maddə 1310; 2019, ¹ 1, maddə 31; 2020, ¹ 7, maddə 825) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1.1-ci maddəyə "pul vəsaitləridir” sözlərindən sonra ", o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir” sözləri əlavə edilsin;
1.2. 2.1.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;”;
1.3. 26.1-ci maddədə "30 (otuz)” sözləri "100 (bir yüz)” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.”.
Maddə 2. Bu Qanunun 1.3-cü maddəsi 2021-ci il 5 aprel tarixindən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2020-ci il
Azərbaycan.-2020.-
27 dekabr.- S.2.