İnkişafa söykənən
Qələbə
İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü
yaşayan Azərbaycan
işğalçını cəzalandıraraq ərazi
bütövlüyünü bərpa etdi
Müasir tariximizin ən şərəfli səhifəsi
olan Vətən müharibəsi Azərbaycanın
ərazi bütövlüyünün
bərpası ilə nəticələndi. Bu müharibədən
qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən axıra
kimi ləyaqətlə,
inamla mübarizə apardı. 44 gün davam edən hərbi əməliyyatlarla
pozulmuş hüquqlarını
bərpa edən Azərbaycan tək Ermənistana deyil, dünya erməniliyinə
sağalmaz zərbə vurdu.
Ermənistan təcavüzkar siyasətin qurbanıdır
Hər bir tarixi dövr
üçün müharibədə
qalib gəlməyin şərtləri var. Hətta 20-30 il əvvəlin şərtləri
ilə bu günün tələbləri
kəskin fərqlənir.
Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük
müharibədə qalib
gəlməsinin əsas
şərtlərindən biri
yerində sayan Ermənistandan fərqli olaraq hər bir sahədə inkişafı, irəli getməsi, dövrün tələblərinə uyğun
yüksəlişi idi.
Ermənistanla
bağlı bütün
siyasi dairələrdə
birmənalı şəkildə
ümumiləşən qənaətlərdən
biri odur ki, bu ölkə
və onun xalqı öz işğal siyasətinin,
erməni millətçilərinin
əsrlərdir formalaşdırdıqları
və indi də davam etdirdikləri
xəstə ideologiyanın
qurbanıdır. Bu siyasətə uyğun olaraq ötən əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycan
torpaqlarını işğal
edən Ermənistanın
hərbi-siyasi dairələri,
o cümlədən Fransa
kimi dövlətlərin
timsalında dünya erməniliyi artıq hər şeyin bitdiyini, işğal olunmuş torpaqların zamanla erməni əraziləri kimi tanınacağını düşünürdülər.
Ötən əsrin
90-cı illərinin sonlarından
isə Ermənistanda hakimiyyət müharibə
cinayətkarlarının əlinə
keçdi. Tarix sübut edir ki, hərbi xuntaların hakimiyyətdə
olduğu cəmiyyətlər
yeniliklərdən və
inkişafdan məhrumdurlar.
Elə buna görə Ermənistanın
hərbi-siyasi rəhbərliyi
bu illərdə yalnız ölkəsi və ordusu haqqında mif yaratmaqla məşğul olub, büdcəsini isə işğal olunmuş Azərbaycan ərazilərinin talan edilməsi və diasporun yardımı hesabına doldurub. Ona görə Ermənistanın bu günü ilə ötən əsrin
90-cı illəri arasında
demək olar ki, fərq yoxdu.
Ötən əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycan
müharibəni deyil,
döyüşü uduzmuşdu.
1994-cü ildə imzalanan
atəşkəs müharibənin
bitməsi deyildi. O illərdən Heydər
Əliyevin başlatdığı
siyasət Azərbaycanda
gələcək inkişafın
təməlini qoydu. İslahatlar, neft kontraktları Azərbaycanı
getdikcə daha güclü dövlət etdi və təbii
ki, bu amillər
ölkənin beynəlxalq
nüfuzunun artmasında,
mövqelərinin möhkəmlənməsində, həqiqətlərinin
dünya tərəfindən
tanınmasında böyük
rol oynadı.
Düşmən məğlub edilərək torpaqlarımızdan
qovuldu
Bu
siyasətin respublikamızda
hansı dəyişikliklərlə
əlamətdar olduğu
ötən 17 ilin siyasi, iqtisadi və sosial mənzərəsinin fonunda
daha aydın görünür. İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
tarixinin ən qüdrətli dövlətinə
çevrilməsi bu günümüzün əsas reallığıdır. İlham
Əliyevin düşünülmüş,
əsaslandırılmış siyasəti nəticəsində
dövlətimiz hər
il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə
imza atdı və hazırda da atır.
Azərbaycanı
tarixin ən güclü dövlətinə çevirən səbəblər
həm də müstəqil siyasətin təzahürləri
kimi çıxış edən faktorlardır.
Müstəqillik yalnız müstəqil dövlətə sahib olmaq deyil. Müstəqilllik həm də dövlətin yürütdüyü
siyasətdə, beynəlxalq
münasibətlərdə sərbəstliyin olması
deməkdir. 2005-ci ildən
öz neftini Avropaya çatdıran Azərbaycanın indi Xəzərdən hasil etdiyi mavi qazı
dünya bazarlarına
çıxarması, Avropanı
Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin çəkilməsi,
bütün beynəxalq
məsələlərdə respublikamızın öz
mövqeyinin ifadə olunması müstəqil siyasətin göstəriciləridir.
Güclənən və inkişaf edən Azərbaycan günlərin birində torpaqlarını güc yolu ilə azad
edə biləcəyini
heç vaxt gizlətmədi. Artıq Ermənistana və
dünya erməniliyinə
da agah idi
ki, əgər Azərbaycan ən çətin vaxtlarında
onların şərtlərini
yaxına buraxmayıbsa,
güclənikdən sonra
istənilən vasitə
ilə ərazilərini
azad edəcək. İlham Əliyevin qətiyyətli siyasəti
və hücum diplomatiyası hər addımda Ermənistanın
işğal siyasətini
laxladır, ifşa edirdi. Ermənistanın son hərbi təxribatları isə nəticə etibarilə Azərbaycanın gözlədiyi
tarixi fürsəti təmin etdi və işğalçı
layiqli cəzasını
alaraq torpaqlarımızdan
qovuldu.
Bu zəfər Azərbaycanın beynəlxalq
mövqelərini və
nüfuzunu yüksəltdi
Sentyabrın 27-dən Dağlıq Qarabağda başlanan hərbi əməliyyatlar ilk gündən iki ölkənin atəşkəs
dövründə inkişafı
ilə fərqi ortaya qoydu. Bu
inkişafın təsdiqi
ilk növbədə Azərbaycanın döyüş
əməliyyatlarını ən müasir vasitələrlə həyata
keçirməsi oldu.
Hətta Ermənistanın
son dərəcədə
möhkəmləndirdiyi səngərlər,
təbii istehkam rolunu oynayan yüksəkliklər də
işğalçı ordunu
xilas edə bilmədi.
Cəbrayıl,
Füzuli, Zəngilan və Qubadlının ardınca
Şuşanın alınması Vətən müharibəsində
Azərbaycanın hərbi qələbəsinin zirvəsi oldu.
Buna
qədər təxminən
42 gün müddətində
Ermənistanın aidiyyəti
orqanları ölkə
ictimaiyyətini aldatmaqla
məşğul idi. Ötən 26 ildə yaratdıqları mif kimi müharibə günlərində də
işğalçılar Ermənistan
ordusunun guya Azərbaycana qarşı uğurla vuruşduğunu
öz ictimaiyyətinə
sırıdılar. Döyüşlərdəki məğlubiyyəti
isə taktiki yerdəyişmə kimi qələmə verməklə
ört-basdır etməyə
çalışdılar.
Noyabrın
10-da Ermənistanın baş nazirinin imzaladığı
kapitulyasiya aktından sonra ölkənin hakimiyyət
orqanları müharibədəki məğlubiyyəti rəsmən
etiraf etdilər. Azərbaycan torpaqlarının bir hissəsini döyüş
yolu ilə azad etdi. Kapitulyasiya aktına
əsasən, Ermənistan
Ağdam, Kəlbəcər
və Laçın rayonlarından qoşunlarını
çıxarması ilə
bağlı öhdəlik
götürdü. Artıq
bu rayonların hər birində Azərbaycan bayrağı
dalğalanır və
onların azad edilməsi ordumuzun döyüş meydanlarındakı
şanlı qələbələrinin nəticəsidir.
Bu qələbələrin
nəticəsi kimi Ermənistan rəhbərliyi
Prezident İlham Əliyevin şərtlərini
yerinə yetirməyə
məcbur oldu.
Nəiniki müharibənin davam etdiyi 44 gün ərzində, bütövlükdə
ötən 30 ildə
yalanlarla idarə olunan Ermənistan tarixinin ən acınacaqlı, ən utancverici dövrünü
yaşayır. Bu ölkənin vətəndaşları
işğal siyasətinin
qurbanına çevriliblər
və üzləşdikləri
əzaba və rüsvayçılığa boyun
əyməkdən başqa
yolları yoxdur. Xəstə erməni təfəkkürünün, özgə
torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin
nəticəsi olaraq Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu qələbə isə respublikamızın
nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi,
nüfuzunu yüksəltdi.
İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü
yaşayan Azərbaycan
öz maraqlarını
qətiyyətlə təmin
etdi. Ermənistan isə bütün tarixboyu işğal siyasətinin ağır nəticəsi olan rüsvayçılıq və
məğlubiyyət damğası
ilə yaşamalı
olacaq.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2020.- 8 dekabr.- S.1-2.