Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” 1999-cu il 9 dekabr tarixli 226 nömrəli,
“Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqında” 2004-cü il
10 avqust tarixli 113 nömrəli
və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq
edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli
fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Meşə Məcəlləsində,
Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində,
Azərbaycan Respublikasının
Mülki Məcəlləsində,
"Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”,
"Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında”, "Dövlət
rüsumu haqqında”,
"Daşınmaz əmlakın
dövlət reyestri haqqında” və "Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 20 noyabr tarixli 198-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 12, maddə 706; 2001, ¹ 10, maddə 640; 2006, ¹ 5, maddə
409, ¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
dövlət əmlakının
Registri haqqında Əsasnamə”nin 3-cü hissəsində
"(torpaq sahəsi və ya torpaq
sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.)” sözləri "(binalar,
qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz
zərər vurulmadan yerinin dəyişdirilməsi
mümkün olmayan obyektlər)” sözləri
ilə əvəz edilsin.
2. "Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 8, maddə
621; 2005, ¹ 2, maddə 64, ¹ 8, maddə 718; 2006, ¹ 7, maddə
590; 2007, ¹ 6, maddə 606; 2010, ¹ 4, maddə 287, ¹ 7, maddə
610; 2011, ¹ 11, maddə 998; 2013, ¹ 9, maddə 1052, ¹ 12, maddə
1509; 2014, ¹ 2, maddə 108, ¹ 4, maddə 361, ¹ 6, maddə
632; 2015, ¹ 7, maddə 827, ¹ 9, maddə 1016; 2016, ¹ 11, maddə
1825; 2017, ¹ 3, maddə 348; 2018, ¹ 2, maddələr 202, 203; 2020, ¹ 7, maddə
891) 4.2.1-ci yarımbəndində "torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz)
zərər vurulmadan yerinin dəyişdirilməsi
mümkün olmayan bütün əşyalar”
sözləri "binalar,
qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz
zərər vurulmadan yerinin dəyişdirilməsi
mümkün olmayan obyektlər” sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
14 oktyabr tarixli 135 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 791; 2005, ¹ 2, maddə 64; 2007, ¹ 6, maddə
606; 2010, ¹ 7, maddə 610; 2015, ¹ 9, maddə 1001) ilə təsdiq edilmiş "Daşınmaz əmlakın
dövlət reyestrinin
aparılması Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
10.3-cü bənddən "(torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o
cümlədən su obyektləri (sututarlar), meşələr, çoxillik
əkmələr, binalar,
qurğular, qeyri-yaşayış
sahələri, mənzillər,
fərdi yaşayış
və bağ evləri, əmlak kompleksi kimi müəssisələr, kommunikasiyalar
və yer təki sahələri)” sözləri çıxarılsın;
3.2.
18.5.1-ci yarımbənddə "Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
13.8-ci və bu Qaydaların 10.3-cü maddələrinə
uyğun olaraq daşınmaz” sözləri
"Daşınmaz” sözü
ilə, "su obyektləri (sututarlar)” sözləri "ayrıca
su obyektləri” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən ", 15 - yer təki sahələri”
sözləri çıxarılsın;
3.3. 21.2-ci bənddən ", yer təki sahələri”
və "və yer təkindən” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2020-ci il
Azərbaycan.-2020.- 27 dekabr.- S.2.