Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilsin.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 2020-ci il.

 

Azərbaycan. - 2020.-8 dekabr.- S.1.