O.S.Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 24-cü bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu
Sultanova general-polkovnik
ali hərbi
rütbəsi verilsin.
2. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 dekabr 2020-ci il.
Azərbaycan. - 2020.-8 dekabr.- S.1.