“Azərbaycan Respublikasının
iqtisadi müstəqilliyinin
əsasları haqqında”
Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Konstitusiya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
156-cı maddəsini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikasının iqtisadi
müstəqilliyinin əsasları
haqqında” Azərbaycan
Respublikasının Konstitusiya
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1991, ¹ 9-10, maddə 150) 19-cu maddəsinin üçüncü
hissəsinin birinci cümləsində "əlillərin”
sözü "əlilliyi
olan şəxslərin”
sözləri ilə və ikinci cümləsində "əlilin”
sözü "əlilliyi olan şəxsin” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20
noyabr 2020-ci il
Azərbaycan. - 2020.- 8 dekabr.- S.1.