Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin edib. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızın daha da qüdrətlənməsinə təkan verir.
Bu il Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə xalqımızda böyük qürur və sevinc hissi oyatdı. Bizim rəşadətli və qəhrəman Ordumuz Sizin rəhbərliyinizlə uğurla mübarizə apardı və böyük Qələbəyə nail oldu.
Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur. Əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə uğurla həyata keçiriləcək. Azərbaycanla bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkanlarda təbliği istiqamətində fəaliyyət göstərən Mərkəzimiz Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.
Möhtərəm
cənab Prezident, bu əlamətdar gün münasibətilə
bir daha Sizə uzun ömür, möhkəm
cansağlığı, Azərbaycanımızın
rifahı naminə yorulmaz və şərəfli fəaliyyətinizdə
uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
Professor Zərifə Əlizadə
Azərbaycanın
Belqraddakı Mədəniyyət Mərkəzinin sədri
Azərbaycan.-2020.- 27 dekabr.- S.2.