Azərbaycan ayrılmaz
hissəsi olan Naxçıvana yeni nəqliyyat damarı açır
Bu
il noyabrın 10-da Azərbaycan Respublikasının
Prezidenti, Ermənistan
Respublikasının baş
naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları
Bəyanatın 9-cu bəndində
göstərilir ki, bölgədəki bütün
iqtisadi nəqliyyat əlaqələri bərpa
edilir. Ermənistan Respublikası vətəndaşların
nəqliyyat vasitələrinin
və yüklərin hər iki istiqamətdə
maneəsiz hərəkətinin
təşkili məqsədilə
Azərbaycan Respublikasının
qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir.
Bənddə, həmçinin bildirilir ki, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın
Federal Təhlükəsizlik
Xidmətinin Sərhəd
Xidmətinin orqanları
həyata keçirir.
Tərəflərin razılığı
əsasında Naxçıvan
Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının
inşası təmin
ediləcək.
Uzun illərdir davam edən sülh danışıqlarında belə
açıq-aydın bir
müddəa olmayıb.
Yəni deyilirdi ki, bütün kommunikasiyalar açılacaq.
Lakin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz
haqqında heç bir söz getmirdi.
Sözügedən bəyanata 9-cu bənd məhz Prezident İlham Əliyevin təkidi ilə salınıb. Burada konkret olaraq
göstərilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin
təhlükəsizliyini Ermənistan
yox, Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin Sərhəd
Xidmətinin orqanları
həyata keçirir.
Bu da dəhlizin
tam təhlükəsiz
olacağı deməkdir.
Eyni zamanda daha bir məsələ
- tərəflərin razılığı
əsasında Naxçıvan
Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının
inşası məsələsi
həll olundu. Yəni bu məsələni tam və gələcəyə
hesablanmış çərçivədə
həll etmək üçün əlavə
bənd salındı.
Dekabrın 1-də Azərbaycan
xalqına müraciətində
dövlət başçısı
demişdir: "Əgər
lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir.
Biz Naxçıvanı
həm mühasirədən
çıxarırıq, eyni
zamanda, yeni bir nəqliyyat damarını açırıq.
Deyə bilərəm
ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan
Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə,
İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli
yeni əməkdaşlıq
platforması yaradıla
bilər. Mən bu fikrimi artıq
həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam.
Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət
yanaşıblar”.
Bu bənddə
göstərilən məsələlər
arasında bizim üçün bir nömrəli məsələ
Azərbaycanı Naxçıvan
Muxtar Respublikası ilə birləşdirmək
və eyni zamanda Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat
dəhlizi yaratmaqdır.
Bir neçə il əvvəl istifadəyə verilən
Bakı-Tbilisi-Qars dəmir
yolu Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə
bağlantı yaratmışdır.
Bəyanatda deyilən
layihənin gerçəkləşməsi
ilə yeni bir bağlantı da yaradılacaq və bundan beş ölkə fayda götürə biləcək. Regional təhlükəsizlik və
əməkdaşlıq üçün
isə bu, faydalı və gərəkli şərtdir.
Artıq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müvafiq göstəriş
alıb. Mənfur düşmənin söküb
dağıtdığı Horadiz-Zəngilan dəmir yolunun vəziyyətinin təhlili və ilkin hesablamalar aparılacaq. Rusiya Federasiyası nümayəndə
heyətinin Azərbaycana
səfəri çərçivəsində,
o cümlədən dəmir
yollarının bərpası
məsələləri də
müzakirə olunub.
Bunun səbəbini Prezident İlham Əliyev belə izah etmişdir: "Ermənistan
dəmir yolları Rusiya dəmir yollarına məxsusdur,
100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda
nə var ki, Ermənistanın özünün olsun? Ermənistan beynəlxalq münasibətlərin subyekti
deyil, obyektidir. Nəyə görə? İşğala görə.
O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta qədər
bütün lazımi
tədbirləri gördük.
Nəqliyyat, energetika,
iqtisadi əməkdaşlıq
- bütün layihələri
başa çatdırdıq.
Dekabrın sonunda
"Cənub qaz dəhlizi” artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir. Ermənistan,
haradasan? Kənarda qalmısan.
Bu enerji dəhlizi
Ermənistandan yan keçir. Kim keçirdib? Biz”.
Ermənistan öz işğalçılıq
siyasətinə, xəyanətkar
xislətinə görə
Azərbaycanın həyata
keçirdiyi digər
regional və qlobal layihələrə də
dalandan baxır. Hələ Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutu müəyyən
edilərkən aparıcı
Qərb ölkələri
bu xəttin Ermənistandan yan keçməsindən çox
narahat idilər.
Azərbaycana təzyiq etmək
üçün ortaya
şərtlər qoyurdular.
Erməni lobbisi və
ermənipərəst xarici
dairələr kampaniyalar
təşkil edərək
kəmərin tikintisi
üçün kredit
ayıracaq beynəlxalq
maliyyə qurumlarına
təsir etməyə
çalışırdılar.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, daha sonra Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri də Ermənistandan yan keçdi. Artıq Avropaya qaz çatdırırıq. Halbuki Ermənistan bu layihərdə iştirak edə bilərdi, tranzit haqqı alardı və qazandığı vəsaiti
ölkəsinin inkişafına,
xalqının dolanışığına
xərcləyərdi. Əlbəttə, başında
ağlı olsaydı,
işğalçılıqla, terrorçuluqla, talançılıqla
məşğul olmasaydı...
Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə
enerji dəhlizi uğurla fəaliyyət göstərir. Rusiya-Azərbaycan-İran enerji dəhlizi də həmçinin.
Rusiya-Azərbaycan-İran nəqliyyat
dəhlizi vasitəsilə
daşınan yüklərin
həcmi təqribən
30-40 faiz artıb.
Ermənistan isə 20 ildir
"Şimal-Cənub nəqliyyat
dəhlizi” üzərində
işləyir və hələ də heç nəyə nail olmayıb.
Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
platforması yaradıb
və nəticədə
dünyaya səs salan layihələr həyata keçirib. Bölgələrdə ən müasir
infrastruktur yaradıb.
Ölkəmizin ayrılmaz hissəsi
olan Naxçıvana yeni yolların açılması da uğurla
tamamlanacaq, regional əməkdaşlıq
və təhlükəsizlik
üçün mühüm
şərtə çevriləcək.
Flora SADIQLI,
Azərbaycan. - 2020.- 8 dekabr.- S.1-2.