Milli Məclisin növbəti plenar iclasında Azərbaycanda hərbi vəziyyətin ləğv olunması məsələsinə baxılacaq
Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Parlamentin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki, plenar iclasda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il
dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv
olunması haqqında Fərmanının təsdiq edilməsi
barədə Milli Məclisin Qərarına baxılacaq.
İclasda Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ də müzakirə olunacaq.
Deputatlar,
həmçinin Azərbaycan
Respublikasının "Mülki
Məcəlləsində”, "Əmanətlərin tam sığortalanması haqqında”,
"Əmanətlərin sığortalanması
haqqında”, "Əmək
Məcəlləsində”, "Təhsil haqqında”,
"Bədən tərbiyəsi
və idman haqqında”, "Peşə
təhsili haqqında”
və "Ümumi təhsil haqqında” qanunlarda,
"Gömrük Məcəlləsində”,
"Vergi Məcəlləsində”
və Azərbaycan Respublikasının 1996-cı il
17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, "Azərbaycan
Respublikası Milli Məclisinin komitələri
haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanunlarının layihələrini
birinci oxunuşda müzakirə edəcəklər.
Azərbaycan. - 2020.- 8 dekabr.- S.1.