Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını
azad etmək üçün həyata
keçirdiyi 44 günlük
əks-həmlə əməliyyatında
dünyanı heyran qoyan təqdirəlayiq liderlik nümunəsi göstərdiyinizi səmimiyyətlə
vurğulamaq istəyirəm.
Sizin liderliyinizdə Azərbaycan Silahlı Qüvvələrinin tarixə
qızıl hərflərlə
yazılan uğuru, xalqın dövlətinin və ordusunun arxasında sıx dayanması sarsılmaz mübarizə ruhunu bir daha bütün
dünyaya göstərdi.
Bu əməliyyat Azərbaycan Ordusunun gücünü bütün
dünyaya nümayiş
etdirən qəhrəmanlıq
salnaməsidir. Sizin şəxsinizdə qardaş
vətənimiz Azərbaycanı
öz adımdan və ölkəm adından səmimi qəlbdən təbrik edirəm.
Hörmətli cənab Prezident.
Hər gün inkişaf etməkdə olan Azərbaycanın Sizin güclü liderliyinizlə
mühüm nailiyyətlərə
imza atmasının şahidi oluruq. Qəlbləri birlikdə döyünən ölkələrimizdəki
kədəri də, sevinci də bərabər hiss edirik. "Bir millət, iki dövlət” prinsipi ilə strateji əlaqələrimizi daha
da gücləndirmək
işində hədəfimiz
eynidir.
Rəhbərlik
etdiyim "Sur Yapı” firması həm Türkiyədə,
həm də Avropada mənzil inşaatı sahəsində
fəaliyyətini davam
etdirir. Əsrin dörddəbirindən də
çox müddət
qədər təcrübəyə
malik olan firmamız inşaat sektorunun qabaqcıllarındandır. Antalyada Ətraf Mühit və Şəhərsalma Nazirliyi
və Antalya Böyükşəhər Bələdiyyəsi
ilə birlikdə inşa etdiyimiz Antalya layihəsi bu gün Avropanın
ən böyük şəhərsalma layihəsi
hesab edilir. Təxminən 70 min nəfərin yaşayacağı
1,3 milyon kvadratmetrlik əraziyə və 2,5 milyon kvadratmetr tikinti sahəsinə malik "ağıllı
şəhər”in inşası
ekoloji yanaşmalar əsasında həyata keçirilmişdir. Antalya
layihəsi həm şəhərsalma modeli,
həm də "ağıllı şəhər”
funksiyaları ilə bütün dünyaya nümunə təşkil
edir. Layihəmiz ətraf mühitin mühafizəsinə xidmət
edən "ağıllı
texnologiyalar”la milli və beynəlxalq səviyyədə çoxlu
sayda mükafatın sahibi olub. Antalya
layihəmizlə Türkiyədə
bütöv bir şəhər miqyasında
layihə həyata keçirən yeganə şirkətik.
Digər tərəfdən, enerji sahəsində də aktiv fəaliyyət göstəririk. Əsasən
su və külək enerjisi olmaqla bərpaolunan enerji stansiyalarımızda
elektrik enerjisi istehsal etməklə yeni sərmayələr də yatırırıq.
Azərbaycanın
işğaldan azad etdiyi Qarabağın və ətraf rayonların bərpasında,
ziyanın aradan qaldırılmasında və
bölgənin yenidən
inşasında əməkdaşlıq
və həmrəyliyimiz
çərçivəsində üzərimizə düşən
vəzifəni yerinə
yetirmək niyyətimizi
xüsusilə vurğulamaq
istəyirəm.
Fürsətdən istifadə edərək dost və qardaş
Azərbaycan xalqına
bir daha cansağlığı, xoşbəxtlik,
sülh və rifah diləyirəm.
Dərin hörmətlə,
Z.Altan Elmas
"Konutder” İdarə Heyətinin sədri,
"Sur Yapı” İdarə Heyətinin sədri
Azərbaycan. - 2020.- 8 dekabr.- S.2.