Azərbaycan Respublikası Prezidentinin
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar
tarixli 267 nömrəli, “Taxıl haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci
il 15 iyul tarixli 370 nömrəli, “Üzümçülük
və şərabçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci
il 29 yanvar tarixli 667 nömrəli, “Yod
çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə duzun
yodlaşdırılması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci
il 24 avqust tarixli 757 nömrəli, “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə bağlı əlavə tədbirlər barədə”
2003-cü il 23 oktyabr tarixli 969 nömrəli, “Taxıl
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15
iyul tarixli 370 nömrəli Fərmanının
icrasının təmin edilməsi haqqında” 2008-ci il 22 aprel
tarixli 745 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikasının qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2008-ci il 30
dekabr tarixli 756-IIIQD nömrəli qanununun tətbiq edilməsi
haqqında” 2009-cu il 9 fevral tarixli 49
nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”
2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində,
"Balıqçılıq haqqında”, "Yeyinti məhsulları
haqqında”, "Taxıl haqqında”,
"Üzümçülük və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə duzun
yodlaşdırılması haqqında” və
"Çayçılıq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul
tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1. "Yeyinti
məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 26 yanvar tarixli 267 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə
46) 2-ci hissəsi ləğv edilsin.
2.
"Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 510)
2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1.
"Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun
11.2-ci maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Qanunun 6.7-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;
2.3. həmin Qanunun 6.5-ci, 8.5-ci, 9.1-ci maddələrində,
9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü, 11.1-ci
maddələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 15.2-ci və 15.3-cü maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata
keçirir;
2.6. həmin Qanunun 11.2-ci maddəsinin birinci cümləsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.
3.
"Üzümçülük və şərabçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29
yanvar tarixli 667 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 50;
2009, ¹ 4, maddə 226; 2014, ¹ 10, maddə 1208; 2017, ¹ 1, maddə
50; 2018, ¹ 5, maddə 903; 2020, ¹ 4, maddə 418) 2-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1.
"Üzümçülük və şərabçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində,
14.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü
maddəsinin birinci cümləsində və 27.2-ci maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 12.5-ci maddəsində, 14.1-ci
maddəsinin ikinci cümləsində və 14.11-ci maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 6.3-cü (uyğunluq sertifikatına
münasibətdə), 10.2-ci maddələrində, 14.1-ci maddəsinin
birinci cümləsində, 14.3-cü, 14.6-cı və 14.7-ci
maddələrində müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata
keçirir;
2.4. həmin Qanunun 6.4-cü maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 14.16-cı maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;
2.6. həmin Qanunun 20.3-cü maddəsinin birinci
cümləsində və 27.2-ci maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə tutulur;
2.7. həmin Qanunun 6.3-cü maddəsində
(fitosanitar vəziyyətinə dair sertifikata münasibətdə)
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata
keçirir;
2.8. həmin Qanunun 21.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.
4. "Yod
çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə duzun
yodlaşdırılması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 757 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 477) 2-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. "Yod
çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə duzun
yodlaşdırılması haqqında” Azərbaycan
Respublikası Qanununun 8.2-ci maddəsinin birinci cümləsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində
və 7.4-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
2.3. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirirlər;
2.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi həyata keçirir;
2.5. həmin Qanunun 8.2-ci maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə tutulur.”.
5. "Yeyinti
məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər
barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü
il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 574;
2005, ¹ 7, maddə 592; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə
226, ¹ 7, maddə 528; 2010, ¹ 4, maddə 296; 2014, ¹ 5, maddə 477,
¹ 10, maddə 1218; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 361)
1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Müəyyən
edilsin ki:
1.1.
"Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinin ikinci və
üçüncü hissələrində, 8-ci maddəsinin
beşinci hissəsinin birinci (hər üç halda) və
ikinci cümlələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Qanunun 6-cı maddəsinin
dördüncü hissəsində, 7.4-cü maddəsində,
8-ci maddəsinin dördüncü hissəsində, 13-cü
maddəsinin beşinci hissəsində, 16-cı maddəsinin səkkizinci
hissəsində, 17-ci maddəsinin ikinci hissəsində, 19-cu
maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,
altıncı və yeddinci hissələrində,
20-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
1.3.
həmin Qanunun 8-ci maddəsinin beşinci hissəsinin ikinci
cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
1.4.
həmin Qanunun 19-cu maddəsinin beşinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi həyata keçirir;
1.5.
həmin Qanunun 20-ci maddəsinin birinci hissəsində (birinci
halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;
1.6. həmin Qanunun 6-cı maddəsinin
birinci, ikinci hissələrində, üçüncü hissəsinin
birinci cümləsində, 7.2-ci maddəsində, 8-ci maddəsinin
birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsinin
birinci cümləsində, 16-cı maddəsinin
üçüncü hissəsində və 21-ci maddəsinin
onuncu abzasında nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata
keçirir;
1.7.
həmin Qanunun 5-ci maddəsinin ikinci və
üçüncü hissələrində və 8-ci maddəsinin
beşinci hissəsinin birinci cümləsində (ikinci və
üçüncü hallarda) "orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə
tutulur;
1.8.
həmin Qanunun 8-ci maddəsinin beşinci hissəsinin birinci
cümləsində "qida təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən "orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə tutulur.”.
6.
"Taxıl haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli
Fərmanının icrasının təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22
aprel tarixli 745 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu,
2008, ¹ 4, maddə 259) 1-ci hissəsi ləğv edilsin.
7.
"Yeyinti məhsulları haqqında” Azərbaycan
Respublikasının qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2008-ci il 30
dekabr tarixli 756-IIIQD nömrəli qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9
fevral tarixli 49 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu,
2009, ¹ 2, maddə 62) 2-ci hissəsi ləğv edilsin.
8.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli
1681 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2020;
2018, ¹ 5, maddə 896; 2020, ¹ 4, maddə 405; Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 24 sentyabr tarixli 1162 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
haqqında Əsasnamə”nin 3.0.33-21-ci yarımbəndindən
"texniki reqlamentlərdə və” sözləri
çıxarılsın.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 dekabr 2020-ci il
Azərbaycan. - 2020.- 8 dekabr.- S.3.