Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında”
2018-ci il 16 aprel tarixli 1923 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər
haqqında” 2018-ci il
10 dekabr tarixli 398 nömrəli, “Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində,
“Balıqçılıq haqqında”,
“Yeyinti məhsulları
haqqında”, “Taxıl
haqqında”, “Üzümçülük
və şərabçılıq
haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında”
2019-cu il 19 avqust tarixli 811 nömrəli fərmanlarında dəyişiklik
edilməsi və “Yod çatışmazlığı
xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə” 2003-cü il
27 sentyabr tarixli 931 nömrəli, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə”
2003-cü il 23 oktyabr tarixli 959 nömrəli
fərmanlarının ləğv
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində, "Balıqçılıq haqqında”,
"Yeyinti məhsulları
haqqında”, "Taxıl
haqqında”, "Üzümçülük
və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
və "Çayçılıq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 19
avqust tarixli 811 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1. "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 16
aprel tarixli 1923 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 4, maddə 674) 4-cü hissəsi ləğv edilsin.
2. "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 10 dekabr tarixli 398 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 12, maddə
2555) 2-ci hissəsi ləğv
edilsin.
3. "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində, "Balıqçılıq haqqında”,
"Yeyinti məhsulları
haqqında”, "Taxıl
haqqında”, "Üzümçülük
və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
və "Çayçılıq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 19
avqust tarixli 811 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 8, maddə 1394) aşağıdakı
məzmunda 2.8-1-ci və
2.8-2-ci bəndlər əlavə
edilsin:
"2.8-1. həmin Qanunun 10.4-cü maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi nəzərdə
tutulur;
2.8-2. həmin Qanunun
12.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur.”.
4. "Yod çatışmazlığı
xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr
tarixli 931 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, № 9, maddə
482; 2009, № 4, maddə 226; 2018, № 5, maddə 930) ləğv edilsin.
5. "Taxıl haqqında” Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, № 10, maddə
564; 2014, № 5, maddə 477; 2015, № 2, maddə 131; 2016, № 8, maddə
1384; 2017, № 5, maddə 836; 2018, № 5, maddə 931) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2020-ci il
Azərbaycan. - 2020.- 8 dekabr.- S.3.