Azərbaycan Respublikası Prezidentinin “Körpələrin və
erkən yaşlı uşaqların qidalanması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2003-cü il
4 avqust tarixli 907 nömrəli, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə”
2008-ci
il 25 avqust tarixli 818 nömrəli, “Arıçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “Arıçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar əlavə
tədbirlər barədə”
2009-cu il 30 oktyabr tarixli 173 nömrəli, “Ekoloji təmiz kənd təsərrüfatı
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı əlavə tədbirlər barədə”
2010-cu il 24 may tarixli 267 nömrəli, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının təsdiq
edilməsi haqqında”
2012-ci il 29 dekabr tarixli 800 nömrəli
fərmanlarında dəyişiklik
edilməsi və “Körpələrin və
erkən yaşlı uşaqların qidalanması
haqqında” Azərbaycan
Respublikası Qanununun
icrasının təmin
edilməsi barədə”
2004-cü il 12 fevral tarixli 25 nömrəli Fərmanının ləğv
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Körpələrin və
erkən yaşlı uşaqların qidalanması
haqqında”, "Ekoloji
təmiz kənd təsərrüfatı haqqında”,
"Arıçılıq haqqında”, "Reklam haqqında” və "İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1663-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 14 avqust 808 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1. "Körpələrin və
erkən yaşlı uşaqların qidalanması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 907 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 8, maddə
436; 2004, ¹ 10, maddə 793; 2007, ¹ 6, maddə 611; 2011, ¹ 2, maddə
84) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. üçüncü abzasda "5.2-ci maddəsində”
sözləri "5.2-ci və
9-cu maddələrində” sözləri
ilə əvəz edilsin;
1.2. dördüncü abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda beşinci abzas əlavə edilsin:
"həmin Qanunun
9-cu maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə
tutulur.”.
2. "Ekoloji təmiz kənd təsərrüfatı
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 8, maddə
725) 2-ci hissəsindən "11.3-cü,”,
"13.3-cü,” və ",16.10-cu” sözləri çıxarılsın.
3. "Arıçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 14
aprel tarixli 82 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 4, maddə 227; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə "7.1-ci maddəsində”
sözləri "6.5-ci, 7.1-ci və 18.2-ci maddələrində”
sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bənddən "10-cu” sözləri
çıxarılsın;
3.3. 2.3-cü
bəndə "Nazirlər
Kabineti,” sözlərindən
sonra "5.0.2-ci maddəsi
üzrə Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi,”
sözləri əlavə
edilsin və həmin bənddən
"5.0.12-ci,” sözləri çıxarılsın;
3.4. 2.6-cı
bəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 2.7-ci bənd
əlavə edilsin:
"2.7. həmin Qanunun
6.5-ci və 18.2-ci maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur.”.
4. "Arıçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 30 oktyabr tarixli 173 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 10, maddə
786) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci və 1.3-cü bəndlər
ləğv edilsin;
4.2. 1.2-ci bənddə "həmin
Qanunun 19.4-cü maddəsində
və” sözləri
"Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin.
5. "Ekoloji təmiz kənd təsərrüfatı
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 24
may tarixli 267 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 5, maddə
396; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə
833) 1.3-cü və 1.4-cü bəndləri ləğv
edilsin.
6. Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 29
dekabr tarixli 800 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 12, maddə 1274; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384; 2019, ¹ 5, maddə 847) ilə
təsdiq edilmiş
"Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının 4.2-ci bəndinin
on üçüncü abzasında
"ərzaq” sözü
"qida” sözü ilə əvəz edilsin.
7. "Körpələrin və
erkən yaşlı uşaqların qidalanması
haqqında” Azərbaycan
Respublikası Qanununun
icrasının təmin
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
12 fevral tarixli 25 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 2, maddə 63; 2009, ¹ 4, maddə 226; 2018, ¹ 5, maddə
904) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2020-ci il
Azərbaycan. - 2020.- 8 dekabr.- S.3.