Milli Məclisdə İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib
Dekabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan
İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
italiyalı qonaqları
salamlayan Sahibə Qafarova bu səfərin
ölkələrimiz və
parlamentlərimiz arasında
mövcud əlaqələrin
dərinləşməsinə xidmət etdiyini deyib. Sədr qeyd edib ki,
bu gün Azərbaycan və İtaliya iki yaxın dost, strateji tərəfdaşdırlar.
Təqdirəlayiq haldır ki,
tarixən qədim köklərə malik əməkdaşlığımız Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Əlaqələrimizin
bu səviyyəyə
çatmasında ölkə
prezidentlərinin qarşılıqlı
səfərləri,
aparılan danışıqlar
əhəmiyyətli rol
oynayıb. Ölkələrimiz
arasında imzalanmış
sənədlər münasibətlərimizin
möhkəm hüquqi
bazasını təşkil
edir.
Sahibə Qafarova qeyd edib
ki, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz
yüksələn xətlə
inkişaf etməkdədir.
Siyasi dialoqun davamlılığı iqtisadi
əməkdaşlığımızın
daha da dərinləşməsinə
öz müsbət təsirini göstərir.
Heç də təsadüfi deyil ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır.
Təkcə ötən
il ölkələrimiz
arasında ticarət dövriyyəsi 6 milyard
ABŞ dolları həcmində
olub. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 4,2 milyard ABŞ dolları təşkil edib. Mütəmadi olaraq biznes forumların keçirilməsi iqtisadiyyatın
müxtəlif sahələrində
əlaqələrin dərinləşməsinə
xidmət edir.
Bu gün
müstəqil Azərbaycan
Avropanın enerji təhlükəsizliyi arxitekturasına
öz töhfəsini
verməkdədir. Təkcə
neft deyil, TANAP və TAP kimi qaz layihələri də buna parlaq
misaldır.
Görüşdə
Milli Məclisin sədri ölkələrimiz arasında mədəni,
humanitar, elm, təhsil sahələrində də əməkdaşlığımızın
yüksək səviyyəsindən danışıb.
Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti,
ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi
İtaliyada həyata keçirdiyi layihələr geniş
ictimaiyyətə yaxşı məlumdur.
Söhbət zamanı sədr diqqətə çatdırıb
ki, münasibətlərimizin
inkişafında parlamentlər
yaxından iştirak edirlər. Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb.
Qarşılıqlı həyata
keçirilən yüksək
səviyyəli səfərlər
bunun bariz nümunəsidir. Sevindirici
haldır ki, bu gün ölkələrimizin
parlamentlərində dostluq
qrupları fəaliyyət
göstərir. Bu qruplar arasındakı qarşılıqlı təmaslar
təcrübə və
informasiya mübadiləsi
baxımından çox
önəmlidir.
Sahibə
Qafarova qonaqların ölkəmizə səfərləri
çərçivəsində Azərbaycanın Gəncə
və Ağdam şəhərlərinə səfər
etmələrini, onların
Ermənistan tərəfindən
törədilən hərbi
cinayətlərlə yaxından
tanış olmalarını
yüksək qiymətləndirib. Bildirilib ki, 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın
rəhbərliyi altında
30 ilə yaxın işğal altında olan torpaqlarımızı
azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa
edib.
Görüşdə Milli Məclisin sədri bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda italiyalı
deputatların Azərbaycana
səfərini yüksək
qiymətləndirib.
İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin
inkişafına böyük
önəm verdiyini söyləyib. Qonaq bildirib ki, onların
Azərbaycana səfəri
məhz ölkəmizə
olan dostluq münasibətinin göstəricisidir.
Siyasi müstəvidə ən yüksək səviyyələrdə
davamlı olan dialoq parlamentlərarası
münasibətlərimizdə də özünü göstərir. İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup
üzvünün Azərbaycanın
Gəncə və Ağdam şəhərlərinə səfərlərini
də məhz bu baxımdan dəyərləndirmək lazımdır.
O
qeyd edib ki, Azərbaycanın dostu kimi onlar
bölgə həqiqətlərini,
burada gördüklərini
İtaliya və dünya ictimaiyyətinə
çatdırmaq üçün
səylərini əsirgəməyəcəklər.
Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında
Azərbaycanın mövqeyinin
güclənməsinə hərtərəfli
dəstək verəcəklər.
Görüşdə
çıxış edən
İtaliya Deputatlar Palatasının üzvü,
İtaliya-Azərbaycan Dostluq
Assosiasiyasının rəhbəri
Rossana Boldi, İtaliyalı senatorlar Maria Rizzotti, Adolfo Urso, Deputatlar
Palatasının üzvü
Pino Kabras, İtaliya ilə parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Azər Kərimli hər iki ölkənin
qanunvericilik orqanları
arasında əlaqələrimizin
bu günü və gələcək inkişaf perspektivləri,
həyatın digər
sahələrində münasibətlərimizin
daha da dərinləşməsi
barədə öz fikirlərini bölüşüblər.
Azərbaycan. - 2020.- 8 dekabr.- S.4.