Hər zülmətə çilənən bir nur var

 

 

Taclı virusa qalib gəlmək üçün ehtiyatlı tədbirli davranın

 

 

 

Koronavirus - taclı virus müdhiş bəla, qorxunc vahimə kimi planeti çənginə alıb. qədər nikbin olmağa çalışsaq da, xəstələrin, ölənlərin sayının hər gün artan statistikası bizə qaranlıq perspektivlərdən xəbər verir, ciddi narahatlıqlar yaradır. Hər birimizin ağlında bir şübhə doğur, hər birimizin ruhuna müəmmalı bir qorxu hakim kəsilir.

Artıq hamımız anlayırıq ki, istəsək əvvəlki qaydada yaşaya bilməyəcəyik. Eyni zamanda anlamadığımız da var bu, etmək lazım olduğunun, xəstəlikdən yayınmağın, yoluxmamağın incəlikləri barədə heç bilməməyimizdir. Ya da biliklərimiz o qədər azdır ki, nikbinlikdən daha çox çaşqınlıq içində üzürük.

etməliyik? Ən vacibi nikbin olmaq, inam ümidlə yaşamağa davam etməliyik. Biz ən ağır döyüşdə lovğa azğın düşmənə qalib gələn möhtəşəm bir xalqıq. Tanrı insanı bütün yaratdıqlarından gözəl, mükəmməl yaradıb.

Biz - bütün xalq yumruq kimi birləşdik, sıravi əsgərdən Ali Baş Komandanadək eyni amal, eyni məqsəd uğrunda haqq savaşına atıldı zəfər çaldı. İndi bizə bu möhtəşəm qələbədən güc almaq, onu bayraq kimi başımızın üstünə qaldırmaq irəliyə - yeni hədəflərə doğru irəliləmək lazımdır.

Belə əzəmətli qələbəni qazanan xalq üçün taclı virusla mübarizə aparmaqdan, ona qalib gəlməkdən asan ola bilər ki? Bunun üçün nəyi bilməliyik? Bu virus həddən ziyadə zəifdir, acizdir yalnız immun sistemi güclü olmayanlar üçün təhlükəyə çevrilə bilir. Təmizkar sağlamsansa, taclı virus sənin qarşında acizləşir. Bunun üçün, sadəcə, məsuliyyətli olmağımız yetərlidir. Vətəni, torpaqlarımızı sevdiyimiz kimi, hələ xəstələnməmiş səhhətimiz barədə düşünməli, sağlamlığımızı qorumalıyıq. Bilməliyik ki, ən asanı bu xəstəliyə yoluxmamaqdır. Əgər hamı bunu düşünsə, buna can atsa, iki həftəyə taclı virusla bağlı vahimələr sabun köpüyi kimi partlayıb əriyəcək.

Hər kəs özünü ailəsini qorumalı, xəstəliyin yayılmasına səbəb olan davranışlara son qoymalıdır. Yenə yumruq kimi birləşməliyik, bilməliyik ki, azad edilən torpaqlar yolumuzu gözləyir. İndi 30 il düşmən tapdağı altında qalan şəhər kəndlərimizə qayıtmalı, tikib qurmalıyıq. Erməni vandallarının cəhənnəmə döndərdikləri, xaraba qoyduqları o yerləri dirçəltmək, yenidən gülüstana çevirmək üçün hər birimizə sağlam güclü olmaq lazımdır. Biz düşmənin qarşısında yenilməz olmalı, onun istənilən hiylə həmləsinə anında cavab verməliyik.

Sadəcə düzgün qidalanın, ən faydalı ərzaqları qəbul edin gigiyenik qaydalara əməl edin. Ruhunuza nikbinlik aşılayın xəstəlikdən qorxmayın. Özünüzə qapanmayın, qardaşın, bacının, atanın ananın yanına gedə bilmirsinizsə, bədbinləşməyin, sosial şəbəkələrlə əlaqə saxlayın, bir-birinizə həyan olun. Siz özünüzü qorusanız, başqaları xəstələnməyəcəkdir. Bu, taclı virusun ən zəif yeridir. Ona imkan verməyin ki, sizi yaxınlarınızı yatağa salsın. Bilik təcrübənizə söykənib onu təcrid edin, özünüzdən uzaqlaşdırın bununla da qalib gəlin.

Son vaxtlar kütləvi şəkildə çox toplaşdıq. Şəhidlərimizi el-oba ilə qarşıladıq, yan-yana sıralanıb bayraqlarla son mənzilə yola saldıq. Savaşdan dönən hər qazini qarşılayan insanların göyə ucaldılan bayraqların sayı-hesabı yox idi. Hər şəhidi son mənzilə elə yola saldıq ki, sanki öz balamızdır. Hər qazini öz övladımız, gözümüzün nuru bilib qarşısına çıxdıq. 30 il həsrətində olduğumuz möhtəşəm qələbənin sevinci o qədər böyük idi ki, küçələrə çıxmaya, bayraqlara sarılmaya bilməzdik!

Bu müqəddəs savaş bizim təbiətimizi cilaladı, ruhumuza mükəmməllik ucalıq bəxş etdi. Qarşıda isə bizi yeni sınaqlar, böyük işlər gözləyir. Ona görə çalışmalıyıq ki, körpələrimiz sağlam böyüsün, gənclərimiz daha güclü mətin olsunlar. Yaşlı nəslin sağlamlığı zərurətə çevrilir, çünki onların təcrübəsinə, müdrikliyinə həmişə ehtiyac var.

Beləliklə, taclı virusla mübarizə iki əsas istiqamətdə aparılmalıdır. Birincisi, gigiyenik qaydalara riayət etmək, başqalarını yoluxdurmamaq üçün birbaşa ünsiyyətlərdən qaçmaq lazımdır. Çalışın dükanlara mümkün qədər az gedin, bazarlığınızı birdəfəlik edin. Təmizliyə dəqiqliklə riayət etmək vacibdir. Liftin düyməsini basanda belə barmağınızın ucuna salfet sarıyın, liftdən çıxanda isə onu tullayın. Sizə şəstlə əl uzadanlardan çəkinin. Evə girən kimi əllərinizi tövsiyə olunduğu kimi yuyun. Üst paltarınızı çıxarın, dolabdan asın ki, bir günə üstünüzə bayır-bucaqda düşən virus qırılsın. Pəncələri açın evdə gündə bir neçə dəfə havanı dəyişin.

İkincisi, bilməlisiniz ki, immun qabiliyyəti güclü olanlar ya bu xəstəliyə yoluxmur, ya da onu asan keçirirlər. Ona görə ailə sağlamlığı birnömrəli məsələyə çevrilməlidir. Siz qədər çox hərəkətdə olsanız, idman etsəniz, bədəniniz bir o qədər güclü olacaq. Ailədə hamı bir- birini həvəsləndirməli, idman etməli, gəzməli, sağlam həyat tərzi keçirməlidir. Təmiz hava insanın ruhuna saflıq güc gətirir, bədənin bütün üzvlərinin oksigenlə təchizatını gücləndirir. Xüsusən qış aylarında günəşli günlərin qədrini bilmək onlardan maksimum faydalanmaq lazımdır. Həyətinizdə, yaxındakı yaşıllıq olan yerlərdə gəzmək faydalıdır. Adətən, yaşlı adamlara, sakit yaşamağa, oturaq həyata vərdişli olanlara idman o qədər cəlbedici görünmür. Yoluxmamaqda güclü immun sisteminin sağlam bədənin rolu böyük olduğundan orqanizmin fiziki yüklə təmin edilməsi ciddi məsələdir.

Üçüncüsü, qidanın düzgün seçilməsi vacibdir. Şərq mətbəxinin qaydası ilə süfrəyə düzdüyümüz nemətlərin heç hamısı sağlamlığımız üçün faydalı deyil. Şirnilərlə, qoğallarla bəzədilən süfrə, həddən artıq qızardılan qovrulan ərzağın isə faydasından çox ziyanı olur. Ona görə evdə süfrəyə qoyulan qidaların vitaminlərlə zənginliyinə üstünlük vermək lazımdır. Bazarlıq edərkən çalışın ki, çeşidlər mümkün qədər geniş, meyvə, tərəvəz quru meyvələrlə zəngin olsun. Əslində, Azərbaycanda yetişən bütün meyvələr müalicəvidir, qiymətləri o qədər baha deyil. Alma, heyva, nar, feyxoa, narıngi, portağal, qoz, fındıq digərlərini nəzərdə tuturuq. Cır meşə meyvələri isə, məsələn, çaytikanı, yemişan, zirinc s. ən bahalı dərmanlardan daha xeyirlidir. Təkcə çaytikanında insan orqanizmi üçün faydalı olan 50-yə yaxın mikroelement var. Qısası, menyu qədər faydalı geniş olsa, ziyanlı qidalardan qədər uzaq dursaq, yoluxma ehtimalı da sıfıra enəcək.

Dördüncü ən vacib amil həyat tərzidir. İstirahət, yuxu qaydasında olmalıdır. Əsəblərinizi mümkün qədər qorumalısınız. qədər sakit təmkinli olsanız, taclı virus bir o qədər sizdən uzaq dayanacaq. Ona görə ailədə diqqətli, qayğıkeş nikbin olmağınız vacibdir. Yəni hər kəs digəri üçün davranış nünunəsi göstərməlidir. Sağlam ailə bütün çətinlikləri asanlıqla dəf edir. Belə ki, bir nəfərin yoluxması bütün ailəni təhlükəyə atır, hamını, hətta qonşuları da səksəkədə saxlayır.

Dövlət taclı virusla mübarizə üçün böyük vəsaitlər xərcləyir. Koronavirusa yoluxanların müalicəsi üçün bütün qüvvələr səfərbər olunub, sürətlə yeni modul tipli xəstəxanalar qurulub. Amma artıq xəstələrin sayı o qədər çoxdur ki, çarpayı azlığı hiss olunur. İndiki qaydada xəstələrin sayı artarsa, vəziyyət kəskin şəkildə ağırlaşa bilər.

Son ayın təcrübəsi göstərdi ki, dövlətin atdığı addımların faydası o zaman yüksək olur ki, hamı karantin qaydalarına əməl edir, özünü ailəsini qoruyur, xəstəliyin yayılmasına səbəb olan addımlar atmır. Beləliklə, hər bir kəs bu xəstəlikdən qorunmaqla başqalarını yoluxdurmur, ailəsini , dövlətini qoruya bilir.

 

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2020.- 8 dekabr.- S.6.