44 GÜNDƏ
DƏYİŞDİRİLƏN REALLIQLAR
"Bu gün mən deyirəm: hər kəs mövcud olan reallıqlarla barışmalıdır”.
İlham ƏLİYEV
Reallıq hazırda mövcud
olanlardır!
Reallıq
indiki zamanda dəyişə bilmədiyimiz, qəbul etmək
zorunda qaldığımız gerçəklikdir!
Reallıq
başqalarının da gördüyü, bildiyi və təbii
yanaşdığı faktlardır!
Reallıq
heç də həmişə qanunamüvafiq olmur!
Reallıq
heç də həmişə hüququn, ədalətin
mövqeyini əks etdirmir!
Reallıq əbədi də olmur!
Onu müxtəlif üsullarla - danışıqlar və razılaşmalar yolu, yaxud qanunun tətbiqi, ən nəhayət, gücün əli ilə dəyişmək mümkündür!
***
27 il idi ki, acı reallıqla üz-üzə qalmışdıq!
Ərazilərimizin 20 faizi işğal edilmiş, 20 min vətən övladı şəhid olmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı.
Bunu bütün dünya görürdü, bilirdi və təsdiq edirdi.
Həm də nəinki bilirdi, işğalçı Ermənistanın öz qoşunlarını işğal etdikləri ərazilərdən çıxarması üçün dünyanın ən mötəbər qurumu - BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmiş, ATƏT-in Minsk qrupu yaradılaraq münaqişənin sülh yolu ilə həlli üçün 3 həmsədr dövlətə mandat verilmişdi.
ATƏT-in Minsk qrupunun üzvlərinin - ABŞ, Fransa və Rusiyanın təmsilçiləri otuz ilə yaxın idi ki, vaxtaşırı Yerevana və Bakıya gedib-gəlir, hərdən müxtəlif dövlətlərin ərazilərində münaqişə tərəfləri olan dövlətlərin başçılarının və ya xarici işlər nazirlərinin görüşlərini təşkil edir, sonda da bəyan edirdilər ki, münaqişə tərəfləri hansı qərarı qəbul etsələr, onu dəstəkləyəcəklər!
Münaqişə tərəflərindən biri olan Ermənistan ATƏT-in uzun illər boyu "əziyyətlə” hazırladığı "baza prinsiplərini” qəbul etmək istəmir, Azərbaycan isə bir qarış torpağını heç kəsə güzəştə getməyəcəyini söyləyirdi.
Tərəflərdən biri "millətlərin öz müqəddəratını təyin etməsi hüququnu” bayraq edir, digəri isə ərazi bütövlüyünün əsas olduğunu söyləyirdi.
ATƏT fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, bir kərə belə Ermənistanın işğalçı dövlət olduğunu dilinə gətirmədi!
ATƏT fəaliyyəti dövründə daim "tarazlaşdırma yolunu” əsas tutdu, işğalçı ilə işğala məruz qalana heç bir fərq qoymadı!
ATƏT bir dəfə də Ermənistana sanksiya tətbiq etmək barədə düşünmədi, bu məsələni gündəmə gətirmədi, hətta müzakirəyə belə çıxarmadı!
ATƏT də, BMT də, həmsədr dövlətlər də Ermənistanın bütün şıltaqlıqlarına dözdülər, onun danışıqlardan müxtəlif bəhanələrlə yayınmasına, sülhə gəlmək istəməməsinə "səbirlə”, "təmkinlə” yanaşdılar.
Diasporu tərəfindən maliyyələşdirilən və müdafiə olunan, Rusiyadan pulsuz silah-sursat alan, işğal etdiyi ərazilərdə uzun illər boyu müdafiə səngərləri və istehkamları quran Ermənistan isə torpaqları qaytarmaq barədə düşünmürdü də!
Hətta axırda o qədər qudurdu ki, baş nazir Paşinyan "Qarabağ Ermənistandır nöqtə” açıqlamasını verdi!
Bundan sonra da ATƏT özünə "sadiq” qaldı, münaqişənin "hərbi yolla həlli variantının” mümkünsüzlüyü üzərində israrla dayandı, "sülh danışıqlarının” davam etdirməsinin vacibliyini göstərdi.
Artıq "mövcud reallıqla hesablaşmaq” barədə Azərbaycana ismarıclar eşitdirilməyə başlanmışdı...
***
Ermənistanın havadarları və müdafiəçiləri bircə məsələni diqqətdən yayındırmışdılar:
Azərbaycana İlham Əliyev rəhbərlik edir!
O, heç zaman işğalla barışmayacağını, bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyini dəfələrlə bəyan etmişdi.
Həm də deyəsən bilmirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyev sözünün sahibidir, dediyini edəndir!
Üstəlik, görünür, İlham Əliyevin dəmir iradəsindən, Azərbaycan xalqının əzmindən və öz rəhbəri ətrafındakı sarsılmaz birliyindən, habelə Azərbaycan Ordusunun qüdrətindən xəbərsiz imişlər!
Bütün bunlardan nəinki xəbərdar oldular, hətta şahidinə, dəyişikliklərin seyrçisinə çevrildilər!
Həm də bütün bunlar elə-belə, sakitliklə baş vermədi!
Ən əsası, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə BMT-yə və ATƏT-ə yox, bütün dünyaya əyani şəkildə sübut etdi ki, əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi yolla, sonrakı mərhələdə siyasi vasitələrlə, bütövlükdə isə, hərbi-siyasi yolla həll olunmalıdır!
***
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar dövründə cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai fikrində yaranmış bütün stereotipləri və rəyləri alt-üst, təsəvvürləri isə darmadağın etdi!
27 illik erməni işğalına birdəfəlik
son qoydu!
Qüdrətli Azərbaycan Ordusunun
məğrur sərkərdəsi
olmaqla mövcud reallıqları tamamilə
dəyişdi!
Həm də bu 44 gün
ərzində yeni reallıqlar, hamının
hesablaşmaq məcburiyyətində
olduğu reallıqları
yaratdı!
Müzəffər Ali Baş Komandan
İlham Əliyev ən əvvəl Ermənistan haqqında yaradılmış miflərin
üzərindən çalın-çarpaz
xətt çəkdi,
onun boşluğunu və mənasızlığını
əməldə sübut
etdi:
BU
MİFLƏR HANSILAR İDİ:
* Ermənistan qalib tərəfdir, onun güclü, məğlubedilməz
ordusu var, Azərbaycan onunla hesablaşmalıdır;
* Ermənistan işğal etdiyi ərazilərdə keçilməz "Ohanyan
xətti”, alınmaz istehkamlar və bunkerlər, güclü atəş nöqtələri
yaradıb;
* Azərbaycan yenidən müharibəyə başlasa,
yeni ərazilər itirəcəkdir;
* Dağlıq Qarabağ Muxtar Vilayəti artıq on illərdir müstəqil dövlət
kimi yaşayır,
"qarabağ xalqı”
buna alışıb,
daha Azərbaycanın
tərkibində qala bilməz;
* Azərbaycan ərazi güzəştlərinə hazır
olmalıdır, xüsusən
Şuşanın, Laçın
və Kəlbəcərin
qaytarılması barədə
düşünməməlidir;
* Azərbaycan "hərbi ritorikadan” əl çəkməli, yalnız
"sülh danışıqları”
barədə düşünməlidir;
* Ermənistan xalqı qədim və mədəni xalqdır, onu incitmək, xətrinə dəymək
olmaz!
44 günlük hərbi əməliyyatlar zamanı
ortaya yeni strategiya və taktika qoyan, XXI əsrin yeni müharibə nümunəsini
göstərən, ən
yeni silahlarını nümayiş etdirən İlham Əliyev ordusu hər şeyin tam dəyişdiyini
əyani şəkildə,
döyüş meydanında
hamıya göstərdi:
* Ermənistan Azərbaycan qarşısında diz çökən, ordusu məhv edilən, Azərbaycanla hesablaşmağa
məcbur olan dövlətdir;
* Heç bir səngər, müdafiə
istehkamları, bunkerlər
və atəş nöqtələri Azərbaycan
Ordusu qarşısında
tab gətirə biməz,
daha ermənilərin tərifli, "alınmaz”
müdafiə xətləri
yoxdur!
* Ermənistanın təxribatlarına
cavab verən Azərbaycan nəinki yeni ərazilər itirmədi, əksinə, işğal altındakı
bütün əraziləri
azad edərək ermənilərə əsrlər-boyu
unutmayacaqları dərs
verdi!
* İlham Əliyev dediyinin üstündə duraraq qalib Sərkərdə
kimi bəyan etdi ki, nəinki
Dağlıq Qarabağ
Muxtar Vilayətinin müstəqilliyindən danışmaq,
ümumiyyətlə, status məsələsini yada salmaq, hansısa statusdan danışmaq mənasızdır!
* Şuşanı dünya hərb tarixinə düşəcək əməliyyatla
çox qısa zamanda alan,
Kəlbəcər və
Laçını bir
güllə atılmadan
geri qaytaran Azərbaycan nəinki heç kəsə heç nəyi güzəştə getmədi,
həm də Naxçıvana quru yol açılmasına
nail oldu!
* Hərbi əməliyyatların
gedişini izləyənlər,
Azərbaycan Ordusunun yeni silahlarla erməni ordusuna toy tutduğunu mavi ekranlar vasitəsilə görənlər Azərbaycanın
heç kəsi hədələmədiyinin, öz
ordusu və müharibə başlayacağı
təqdirdə nəyə
nail olacaqları barədə
həqiqətləri söylədiyinə
əmin oldular!
* İşğaldan azad edilmiş rayonlardakı dağıntıları, Laçin
və Kəlbəcərdən
çıxarkən ermənilərin
evləri yandırmalarını,
meşələri qırmalarını,
ev hevanlarını güllələmələrini görənlər anladılar
ki, erməni xalqı qədim deyil, mədəni deyil, məzlum və zavallı deyil, vəhşidir, barbardır, quldur və qaniçəndir, faşist Njdeyə heykəl qoymağa layiq xalqdır!
***
Bəs İlham Əliyev yaratdığı və bütün dünyanın
şahid olduğu yeniliklər, yeni reallıqlar hansılardır:
* Müharibəni Ermənistan
başladı, dərsini
aldı, hərbi əməliyyatların dayandırılması
üçün dünyada
yalvarmadığı, dabanını
yalamadığı dövlət
və qurum başçısı qoymadı,
Azərbaycan qarşısında
diz çökdü,
Paşinyan "7 şərti”ni
zibil qutusuna ataraq İlham Əliyevin bütün şərtləri və tələbləri ilə
razılaşdı!
* Qalib dövlət, qalib ordu, qalib
xalq Azərbaycandır,
Ermənistanın keçmiş
prezidentləri, indiki baş naziri alçaldılan, rəzil
duruma salınan, xalqını dilənçi,
acınacaqlı günə
salan, özgə torpaqlarına görə genefondunu məhv edən faşist xislətlilərdir!
* Azərbaycan Ordusunun dünyaya nümunə olan hərbi əməliyyatları dünya
ölkələri tərəfindən
maraqla öyrənilir,
həm də yüksək peşəkarlığa,
əhvali-ruhiyyəyə, döyüş
qabiliyyətinə malikdir,
Ermənistan qisasçılıq
fikrindən vaz keçməlidir, Türkiyə
və Azərbaycanla dil tapıb əməkdaşlıq qurmağa
çalışmalıdır, əks halda bu dövlətin və onun əhalisinin
gələcəyi yoxdur!
* Ermənistan uzun illər boyu Azərbaycan ərazisində
törətdiyi dağıntılara,
vəhşiliyə, qarətçiliyə,
talançılığa görə
cavab verməli, təzminat ödəməlidir!
* Azərbaycan ərazisində
yaşamaq istəyən
erməni əhalisi Azərbaycan qanunlarını
qəbul etməli, özlərini ölkədə
yaşayan digər millətlər kimi aparmalı, terror və separatizm meyillərindən
uzaq durmalıdır!
* Azərbaycan daim güclü və məğlubedilməz orduya
malik olacaq, dağılmış əraziləri
qısa müddətdə
bərpa edəcək,
köçkün əhalinin
geri qayıtmasına lazımi şərait yaradacaq, demokratik prinsiplərin inkişafına
daim sadiq qalacaq, xalqın rifahını durmadan yüksəldəcək, müstəqil
dövlətin tərəqqisini
təmin edəcəkdir!
***
Otuz il ərzində
sürətlə inkişaf
edərək qüdrətli
dövlətə çevrilən,
Ermənistanı məğlubiyyətə
uğratmaqla miskin günə salan, qüvvələr nisbətini
bütün parametrlər
üzrə öz xeyrinə dəyişən
Azərbaycanın özü
də tamamən dəyişmişdir.
Bu dəyişikliyin təşəbbüsçüsü,
icraçısı və
baş memarı cənab İlham Əliyevdir!
O, Azərbaycanı gücləndirmiş,
siyasi nüfuzunu və hörmətini artırmış, müasir
və demokratik dövlətə çevirmişdir.
O, Azərbaycanı transmilli layihələr müəllifinə,
dünyanı və Avropanı enerji resursları ilə təmin edən ölkəyə çevirmişdir.
O, Azərbaycanı nəqliyyat
və logistika mərkəzinə, qonşularına
və dostluq etdiyi dövlətlərə
daim fayda gətirən, öz maraqlarını uğurla
təmin edən dövlətə çevirmişdir.
O, Azərbaycanı işğalla
barışmayan, düşməni
məğlub və rüsvay edərək öz ərazilərindən
qovan qüdrətli dövlətə çevirmişdir.
O həm də xalqımızı qalib, məğrur, qürurlu xalq etmişdir!
Bu gün isə qalib sərkərdə, zəfər çalmış
dövlət başçısı
kimi üzünü bütün dünyaya tutaraq özünün yaratdığı yeni reallıqlarla hamını
barışmağa və
hesablaşmağa dəvət
edir:
"Mən deyirdim
ki, bizim ərazi bütövlüyümüz
bərpa edilməlidir. Deyirdim ki,
müharibə variantı
heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində
bütün gücümüzü
səfərbər edib
ölkəmizi gücləndirirdik,
güc toplayırdıq
- həm beynəlxalq müstəvidə, həm
ölkə daxilində,
həm iqtisadi məsələlərin həllində,
ölkəmizdə həmrəyliyin
və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq.
Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir
il bundan əvvəl bəziləri
bizə deyirdilərsə
ki, siz mövcud
olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.
"Biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”.
Zəfərin mübarək, Azərbaycan!
Yeni reallıqların mübarək, Azərbaycan!
Ərazi bütövlüyün mübarək, Azərbaycan!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 18 dekabr.- S.1;3.