Misirli professor: Prezident İlham Əliyev İslam tarixində müzəffər sərkərdə kimi qalacaq

 

 

Azərbaycan Prezidenti İlham Əliyev İslam tarixində müzəffər sərkərdə kimi qalacaq. Mən onu İslam aləminin xilaskarı olmuş Səlahəddin Əyyubi kimi tarixi şəxsiyyətlərlə müqayisə edərdim. Azərbaycan Prezidenti torpaqları işğaldan azad etməklə yanaşı, həm İslam mədəni irsinin bir hissəsini tamamilə məhv olmaqdan xilas etdi bütün dünyanın qarşısında onların tezliklə bərpa ediləcəyi bəyanatını səsləndirdi.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, Benha Universitetinin professoru Əbdülrəhman Saad söyləyib. O əlavə edib: "Mən Dostluq Cəmiyyətinin digər üzvləri Azərbaycan xalqını şəxsən Prezident İlham Əliyevi böyük Qələbə münasibətilə təbrik etmişik. Biz 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarının azad edilməsinə sevinirik. Azərbaycanın dostu kimi, hər tədbirdə, hər forumda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticə verməməsindən narahatlığımızı ifadə edirdik. Bu münaqişənin nizama salınmasına ən böyük maneə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal qeyd-şərtsiz olaraq azad edilməsi haqqında qətnaməsinə məhəl qoymayan Ermənistan rəhbərliyi idi. Lakin son illər hərbi təxribatları daha da artıran, üstəlik qızışdırıcı bəyanatlarla çıxış edən Ermənistanın baş naziri vəziyyəti müharibə həddinə gətirib çıxardı. Bilirəm ki, Azərbaycan Prezidenti problemin sülh yolu ilə həlli üçün bütün səyləri göstərib. Amma səbrin bir həddi var. Qısa müddət ərzində torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusunun rəşadətinə heyran qaldım. Bu, tarixə qızıl hərflərlə yazılacaq bir Zəfərdir. Bir daha Azərbaycan xalqını onun lideri İlham Əliyevi təbrik edirəm. Misirlilər dost qardaş azərbaycanlıların Qələbə sevincini bölüşürlər.

Misirli professor vurğulayıb ki, Azərbaycan ərazisində olan İslam mədəni irs abidələrinin, məbədlərin ermənilər tərəfindən təhqir olunması videokadrları Misir ziyalılarını da məyus edib. "Misirlilər azərbaycanlılar kimi tolerant xalqdır. Biz Misirdə İslam abidələri, məscidlərlə yanaşı, yəhudi sinaqoqları, xristian kilsələri, xüsusən qədim qibti xristianların məbədlərini qoruyur, onları bərpa edirik. Azərbaycan da öz məscidlərini, həmçinin sinaqoq kilsələri dövlət səviyyəsində qoruyur. Lakin ermənilərin məscidləri təhqir etməsi heç bir insanlıq meyarına sığmır. Mən Səlahəddin Əyyubini niyə misal çəkdim? Çünki bu tarixi şəxsiyyət məscidləri dağıdan səlib yürüşü iştirakçılarına qarşı döyüşüb onlara qalib gəlib. O da humanistlik nümayiş etdirərək xristian abidələrinə, kilsələrə toxunmayıb, onları mühafizə edib”, - deyə Əbdülrəhman Saad vurğulayıb.

 

Azərbaycan. - 2020.- 8 dekabr.- S.6.