Ağdam Rayon Polis Şöbəsi işğaldan azad olunmuş ərazilərdə xidməti fəaliyyətini bərpa edib

 

 

Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Ağdam şəhərində kəndlərində xidməti fəaliyyətini bərpa edib. Daxili Qoşunların hərbi qulluqçuları polis əməkdaşları tərəfindən postlar qurulub təhlükəsizliyə tam şəkildə nəzarət olunur.

 

Azərbaycan. - 2020.- 8 dekabr.- S.7.