Abşeronda şəhidlərin
xatirəsinə 2783 ədəd
ağac əkilib
Vətən müharibəsində şəhid
olan hərbçilərimizin
xatirəsi Abşeron rayonunda əziz tutulur.
AZƏRTAC
xəbər verir ki, dekabrın 7-də rayon ərazisində hər şəhidin adına bir ağac əkilib. Böyük həvəslə
bu aksiyaya qoşulan rayon ictimaiyyəti, ümumilikdə,
2783 ədəd ağac
əkib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə
həyata keçirilən
ağacəkmə aksiyası
Bakı–Şamaxı yolunun Abşeron rayonu ərazisində və eləcə də rayonun digər yaşayış
məntəqələrinin ərazisində reallaşdırılıb.
Abşeron
RİH-nin əməkdaşlarının, Abadlıq və
Kommunal Xidmətlər İdarəsinin, habelə bələdiyyə
və icra nümayəndəliklərinin üzvlərinin və
könüllülərin də iştirak etdiyi ağacəkmə
tədbirində əsasən Eldar şamı, kiparis, tuya,
oliandra və digər həmişəyaşıl ağaclar əkilib.
Ağacəkmə ölkədə tətbiq
olunan xüsusi karantin rejimi qaydalarına uyğun təşkil olunub.
Azərbaycan. - 2020.- 8 dekabr.- S.8.