44 GÜNDƏ DƏYİŞDİRİLƏN REALLIQLAR

 

"Bu gün mən deyirəm: hər kəs mövcud olan reallıqlarla barışmalıdır”.

 

İlham ƏLİYEV

 

 

 

Reallıq hazırda mövcud olanlardır!

 

Reallıq indiki zamanda dəyişə bilmədiyimiz, qəbul etmək zorunda qaldığımız gerçəklikdir!

 

Reallıq başqalarının da gördüyü, bildiyi və təbii yanaşdığı faktlardır!

 

Reallıq heç də həmişə qanunamüvafiq olmur!

 

Reallıq heç də həmişə hüququn, ədalətin mövqeyini əks etdirmir!

 

Reallıq əbədi də olmur!

 

Onu müxtəlif üsullarla - danışıqlar və razılaşmalar yolu, yaxud qanunun tətbiqi, ən nəhayət, gücün əli ilə dəyişmək mümkündür!

 

***

 

27 il idi ki, acı reallıqla üz-üzə qalmışdıq!

 

Ərazilərimizin 20 faizi işğal edilmiş, 20 min vətən övladı şəhid olmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı.

 

Bunu bütün dünya görürdü, bilirdi və təsdiq edirdi.

 

Həm də nəinki bilirdi, işğalçı Ermənistanın öz qoşunlarını işğal etdikləri ərazilərdən çıxarması üçün dünyanın ən mötəbər qurumu - BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmiş, ATƏT-in Minsk qrupu yaradılaraq münaqişənin sülh yolu ilə həlli üçün 3 həmsədr dövlətə mandat verilmişdi.

 

ATƏT-in Minsk qrupunun üzvlərinin - ABŞ, Fransa və Rusiyanın təmsilçiləri otuz ilə yaxın idi ki, vaxtaşırı Yerevana və Bakıya gedib-gəlir, hərdən müxtəlif dövlətlərin ərazilərində münaqişə tərəfləri olan dövlətlərin başçılarının və ya xarici işlər nazirlərinin görüşlərini təşkil edir, sonda da bəyan edirdilər ki, münaqişə tərəfləri hansı qərarı qəbul etsələr, onu dəstəkləyəcəklər!

 

Münaqişə tərəflərindən biri olan Ermənistan ATƏT-in uzun illər boyu "əziyyətlə” hazırladığı "baza prinsiplərini” qəbul etmək istəmir, Azərbaycan isə bir qarış torpağını heç kəsə güzəştə getməyəcəyini söyləyirdi.

 

Tərəflərdən biri "millətlərin öz müqəddəratını təyin etməsi hüququnubayraq edir, digəri isə ərazi bütövlüyünün əsas olduğunu söyləyirdi.

 

ATƏT fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, bir kərə belə Ermənistanın işğalçı dövlət olduğunu dilinə gətirmədi!

 

ATƏT fəaliyyəti dövründə daim "tarazlaşdırma yolunu” əsas tutdu, işğalçı ilə işğala məruz qalana heç bir fərq qoymadı!

 

ATƏT bir dəfə də Ermənistana sanksiya tətbiq etmək barədə düşünmədi, bu məsələni gündəmə gətirmədi, hətta müzakirəyə belə çıxarmadı!

 

ATƏT də, BMT də, həmsədr dövlətlər də Ermənistanın bütün şıltaqlıqlarına dözdülər, onun danışıqlardan müxtəlif bəhanələrlə yayınmasına, sülhə gəlmək istəməməsinə "səbirlə”, "təmkinlə” yanaşdılar.

 

Diasporu tərəfindən maliyyələşdirilən və müdafiə olunan, Rusiyadan pulsuz silah-sursat alan, işğal etdiyi ərazilərdə uzun illər boyu müdafiə səngərləri və istehkamları quran Ermənistan isə torpaqları qaytarmaq barədə düşünmürdü də!

 

Hətta axırda o qədər qudurdu ki, baş nazir Paşinyan "Qarabağ Ermənistandır nöqtə” açıqlamasını verdi!

 

Bundan sonra da ATƏT özünə "sadiq” qaldı, münaqişənin "hərbi yolla həlli variantının” mümkünsüzlüyü üzərində israrla dayandı, "sülh danışıqlarının” davam etdirməsinin vacibliyini göstərdi.

 

Artıq "mövcud reallıqla hesablaşmaq” barədə Azərbaycana ismarıclar eşitdirilməyə başlanmışdı...

 

***

 

Ermənistanın havadarları və müdafiəçiləri bircə məsələni diqqətdən yayındırmışdılar:

 

Azərbaycana İlham Əliyev rəhbərlik edir!

 

O, heç zaman işğalla barışmayacağını, bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyini dəfələrlə bəyan etmişdi.

 

Həm də deyəsən bilmirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyev sözünün sahibidir, dediyini edəndir!

 

Üstəlik, görünür, İlham Əliyevin dəmir iradəsindən, Azərbaycan xalqının əzmindən və öz rəhbəri ətrafındakı sarsılmaz birliyindən, habelə Azərbaycan Ordusunun qüdrətindən xəbərsiz imişlər!

 

Bütün bunlardan nəinki xəbərdar oldular, hətta şahidinə, dəyişikliklərin seyrçisinə çevrildilər!

 

Həm də bütün bunlar elə-belə, sakitliklə baş vermədi!

 

Ən əsası, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə BMT-yə və ATƏT-ə yox, bütün dünyaya əyani şəkildə sübut etdi ki, əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi yolla, sonrakı mərhələdə siyasi vasitələrlə, bütövlükdə isə, hərbi-siyasi yolla həll olunmalıdır!

 

***

 

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar dövründə cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai fikrində yaranmış bütün stereotipləri və rəyləri alt-üst, təsəvvürləri isə darmadağın etdi!

 

27 illik erməni işğalına birdəfəlik son qoydu!

 

Qüdrətli Azərbaycan Ordusunun məğrur sərkərdəsi olmaqla mövcud reallıqları tamamilə dəyişdi!

 

Həm bu 44 gün ərzində yeni reallıqlar, hamının hesablaşmaq məcburiyyətində olduğu reallıqları yaratdı!

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev ən əvvəl Ermənistan haqqında yaradılmış miflərin üzərindən çalın-çarpaz xətt çəkdi, onun boşluğunu mənasızlığını əməldə sübut etdi:

 

BU MİFLƏR HANSILAR İDİ:

 

* Ermənistan qalib tərəfdir, onun güclü, məğlubedilməz ordusu var, Azərbaycan onunla hesablaşmalıdır;

 

* Ermənistan işğal etdiyi ərazilərdə keçilməz "Ohanyan xətti”, alınmaz istehkamlar bunkerlər, güclü atəş nöqtələri yaradıb;

 

* Azərbaycan yenidən müharibəyə başlasa, yeni ərazilər itirəcəkdir;

 

* Dağlıq Qarabağ Muxtar Vilayəti artıq on illərdir müstəqil dövlət kimi yaşayır, "qarabağ xalqıbuna alışıb, daha Azərbaycanın tərkibində qala bilməz;

 

* Azərbaycan ərazi güzəştlərinə hazır olmalıdır, xüsusən Şuşanın, Laçın Kəlbəcərin qaytarılması barədə düşünməməlidir;

 

* Azərbaycan "hərbi ritorikadanəl çəkməli, yalnız "sülh danışıqlarıbarədə düşünməlidir;

 

* Ermənistan xalqı qədim mədəni xalqdır, onu incitmək, xətrinə dəymək olmaz!

 

44 günlük hərbi əməliyyatlar zamanı ortaya yeni strategiya taktika qoyan, XXI əsrin yeni müharibə nümunəsini göstərən, ən yeni silahlarını nümayiş etdirən İlham Əliyev ordusu hər şeyin tam dəyişdiyini əyani şəkildə, döyüş meydanında hamıya göstərdi:

 

* Ermənistan Azərbaycan qarşısında diz çökən, ordusu məhv edilən, Azərbaycanla hesablaşmağa məcbur olan dövlətdir;

 

* Heç bir səngər, müdafiə istehkamları, bunkerlər atəş nöqtələri Azərbaycan Ordusu qarşısında tab gətirə biməz, daha ermənilərin tərifli, "alınmazmüdafiə xətləri yoxdur!

 

* Ermənistanın təxribatlarına cavab verən Azərbaycan nəinki yeni ərazilər itirmədi, əksinə, işğal altındakı bütün əraziləri azad edərək ermənilərə əsrlər-boyu unutmayacaqları dərs verdi!

 

* İlham Əliyev dediyinin üstündə duraraq qalib Sərkərdə kimi bəyan etdi ki, nəinki Dağlıq Qarabağ Muxtar Vilayətinin müstəqilliyindən danışmaq, ümumiyyətlə, status məsələsini yada salmaq, hansısa statusdan danışmaq mənasızdır!

 

* Şuşanı dünya hərb tarixinə düşəcək əməliyyatla çox qısa zamanda alan, Kəlbəcər Laçını bir güllə atılmadan geri qaytaran Azərbaycan nəinki heç kəsə heç nəyi güzəştə getmədi, həm Naxçıvana quru yol açılmasına nail oldu!

 

* Hərbi əməliyyatların gedişini izləyənlər, Azərbaycan Ordusunun yeni silahlarla erməni ordusuna toy tutduğunu mavi ekranlar vasitəsilə görənlər Azərbaycanın heç kəsi hədələmədiyinin, öz ordusu müharibə başlayacağı təqdirdə nəyə nail olacaqları barədə həqiqətləri söylədiyinə əmin oldular!

 

* İşğaldan azad edilmiş rayonlardakı dağıntıları, Laçin Kəlbəcərdən çıxarkən ermənilərin evləri yandırmalarını, meşələri qırmalarını, ev hevanlarını güllələmələrini görənlər anladılar ki, erməni xalqı qədim deyil, mədəni deyil, məzlum zavallı deyil, vəhşidir, barbardır, quldur qaniçəndir, faşist Njdeyə heykəl qoymağa layiq xalqdır!

 

***

 

Bəs İlham Əliyev yaratdığı bütün dünyanın şahid olduğu yeniliklər, yeni reallıqlar hansılardır:

 

* Müharibəni Ermənistan başladı, dərsini aldı, hərbi əməliyyatların dayandırılması üçün dünyada yalvarmadığı, dabanını yalamadığı dövlət qurum başçısı qoymadı, Azərbaycan qarşısında diz çökdü, Paşinyan "7 şərti”ni zibil qutusuna ataraq İlham Əliyevin bütün şərtləri tələbləri ilə razılaşdı!

 

* Qalib dövlət, qalib ordu, qalib xalq Azərbaycandır, Ermənistanın keçmiş prezidentləri, indiki baş naziri alçaldılan, rəzil duruma salınan, xalqını dilənçi, acınacaqlı günə salan, özgə torpaqlarına görə genefondunu məhv edən faşist xislətlilərdir!

 

* Azərbaycan Ordusunun dünyaya nümunə olan hərbi əməliyyatları dünya ölkələri tərəfindən maraqla öyrənilir, həm yüksək peşəkarlığa, əhvali-ruhiyyəyə, döyüş qabiliyyətinə malikdir, Ermənistan qisasçılıq fikrindən vaz keçməlidir, Türkiyə Azərbaycanla dil tapıb əməkdaşlıq qurmağa çalışmalıdır, əks halda bu dövlətin onun əhalisinin gələcəyi yoxdur!

 

* Ermənistan uzun illər boyu Azərbaycan ərazisində törətdiyi dağıntılara, vəhşiliyə, qarətçiliyə, talançılığa görə cavab verməli, təzminat ödəməlidir!

 

* Azərbaycan ərazisində yaşamaq istəyən erməni əhalisi Azərbaycan qanunlarını qəbul etməli, özlərini ölkədə yaşayan digər millətlər kimi aparmalı, terror separatizm meyillərindən uzaq durmalıdır!

 

* Azərbaycan daim güclü məğlubedilməz orduya malik olacaq, dağılmış əraziləri qısa müddətdə bərpa edəcək, köçkün əhalinin geri qayıtmasına lazımi şərait yaradacaq, demokratik prinsiplərin inkişafına daim sadiq qalacaq, xalqın rifahını durmadan yüksəldəcək, müstəqil dövlətin tərəqqisini təmin edəcəkdir!

 

***

 

Otuz il ərzində sürətlə inkişaf edərək qüdrətli dövlətə çevrilən, Ermənistanı məğlubiyyətə uğratmaqla miskin günə salan, qüvvələr nisbətini bütün parametrlər üzrə öz xeyrinə dəyişən Azərbaycanın özü tamamən dəyişmişdir.

 

Bu dəyişikliyin təşəbbüsçüsü, icraçısı baş memarı cənab İlham Əliyevdir!

 

O, Azərbaycanı gücləndirmiş, siyasi nüfuzunu hörmətini artırmış, müasir demokratik dövlətə çevirmişdir.

 

O, Azərbaycanı transmilli layihələr müəllifinə, dünyanı Avropanı enerji resursları ilə təmin edən ölkəyə çevirmişdir.

 

O, Azərbaycanı nəqliyyat logistika mərkəzinə, qonşularına dostluq etdiyi dövlətlərə daim fayda gətirən, öz maraqlarını uğurla təmin edən dövlətə çevirmişdir.

 

O, Azərbaycanı işğalla barışmayan, düşməni məğlub rüsvay edərək öz ərazilərindən qovan qüdrətli dövlətə çevirmişdir.

 

O həm xalqımızı qalib, məğrur, qürurlu xalq etmişdir!

 

Bu gün isə qalib sərkərdə, zəfər çalmış dövlət başçısı kimi üzünü bütün dünyaya tutaraq özünün yaratdığı yeni reallıqlarla hamını barışmağa hesablaşmağa dəvət edir:

 

"Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.

 

vvv

 

"Biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”.

 

Zəfərin mübarək, Azərbaycan!

Yeni reallıqların mübarək, Azərbaycan!

Ərazi bütövlüyün mübarək, Azərbaycan!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

 

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2020.- 18 dekabr.- S.1-3.