Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

 

“Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib

 

 

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab olunan "Doing Business" hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020" hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub.

Xatırladaq ki, 2020-ci il avqustun 27-də Dünya Bankı tərəfindən yayımlanmış pres-relizdə bir sıra üzv ölkələrin "Doing Business" hesabatındakı məlumatlarının bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlandığı, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdi.

Bankın 2020-ci il 16 dekabr tarixli pres-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016-cı, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub.

Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı 10 ölkəsindən birikimi qiymətləndirilib.

Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı 10 ölkəsindən birikimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat pres-relizə əlavədə qeyd edilib.

Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib.

Doing Business” hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edib.

Azərbaycanın "Doing Business" hesabatındakı reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat

Elektrik təchizatı şəbəkələrinə qoşulmaindikatoru üzrə

Bu indikator vasitəsilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə xariciyekun qoşulma işləri və sair üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırıb və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olub. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilibtexniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılıb. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapıb.

Qeyd edək ki, müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq 7 və 41 gün kimi əks olunmuşdu.

Müqavilələrin icrası indikatoru üzrə

“Doing Business” hesabatı “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı 4 sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılıb. Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunub.

 

Sərhəddə ticarət indikatoru üzrə

 

Doing Business" hesabatı ixracidxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxalixrac prosesində 3 prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində “ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, “idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 4, “ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5, “idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 26 saat, “ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi olması təsbit edilib.

 

Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi.

 

Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq edib.

 

Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə cədvəli

 

İndikatorlar:

 

- daha öncə nəşr olunmuş hesabat üzrə mövqe

 

- müvafiq düzəlişdən sonra yekun göstərici

 

Elektrik təchizatı şəbəkələrinə qoşulma

 

- prosedurların sayı 7-dən 5-ə

 

- müddət (günlər) 41-dən 32-yə

 

Müqavilələrin icrası

 

- hüquqi proseslərinin keyfiyyəti indeksi 8-dən 10,5-ə

 

Sərhəddə ticarət

 

- ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat) 17-dən 12-yə

 

- idxala sərf olunan müddət: sərhəd prosedurları (saat) 14-dən 4-ə

 

- ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat) 33-dən 28,5-ə

 

- idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat) 33-dən 26-ya

 

- ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları) 250-dən 150-yə

 

Dünya Bankının aidiyyəti daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcək.

 

 

Azərbaycan.-2020.- 18 dekabr.- S.1-3.