Məğlubların faciəsi
Ermənistanın düşməni
qonşuları yox, ruhuna
hakim kəsilən nasizmdir
Azərbaycanın qələbəsi,
Ermənistanın isə biabırçı kapitulyasiya
aktına imza atması labüd
idi. Çünki faşist ideyaları ilə zəhərlənən
istənilən xalq nə qədər
döyüşsə də, son nəticədə
mütləq təslim olmalı, haqqın və ədalətin
qarşısında diz çökməlidir
Təəssüf
ki, indi dizini yerə qoyan işğalçı ölkə bu
sadə həqiqəti anlamaqda acizdir. Əsl dərd o deyil ki,
müharibəni uduzasan, məğlub ediləsən.
Faciə odur ki, sənə
qələtini deyirlər, amma sən
qanmırsan, deyiləni başa
düşməyə ağlın çatmır. Həm də
anlamamaq bir nəfərə
aid olanda bunu bir dərd kimi qəbul etmək mümkündür.
Lakin bütün Ermənistanın
iqtidarlı-müxalifətli son nəfərinədək
qanmazlıq mərəzinə yoluxması milli
faciədir.
Müharibədə məğlub edilən bu ölkə nə baş verdiyini anlamaqda acizdir. Təslim olsa da, bundan dərs almaq, sülhə və barışa can atmaq, faşizm ideyaları ilə iliyinədək yoluxduğunu etiraf etmək əvəzinə kükrəyərək yeni və daha faciəvi savaş haqqında fikirləşir. Bəli, bu gün Ermənistanda bütün siyasi qüvvələr - iqtidar və müxalifət, erməni xalqının müxtəlif təbəqələrinin nümayəndələri və hətta 7-8 milyonluq erməni diasporu barış əvəzinə bir-birini ittiham edir, yeni savaş planlaşdırırlar.
Hamısının da "ciddi arqumentlər”i var. Paşinyan
öz alibilərini sadalayır, keçmiş
prezidentlər öz yozumlarını açıqlayır. Bütün siyasi
qüvvələr və
erməni xalqı isə meydanlarda və KİV-də düşmənlərini divar
boyu düzüb ittiham edir, hökm
oxuyur və cəza kəsirlər.
Müqəssirlər isə
bir deyil, iki deyil! Paşinyan
və onun komandası, bütün siyasi partiyalar, erməni diasporu, Rusiya, Fransa, ABŞ... Bir sözlə, bütün dünya erməniləri havalanıb başladıqları
müharibədə tək
qoyduqları üçün
günahkardır. Lakin
heç kim
etiraf etmir ki, faşizm ideologiyası ilə xəstələnən xalqı
məhv edən onun nasist ideyaları,
işğalçı ambisiyalarıdır.
Günün reallığı
belədir: ermənilərin
özlərindən başqa
düşməni yoxdur!
Sıravi
ermənilərin sosial
şəbəkələrdə yaydıqlarını oxuyanda
nasizmin az
qala beşikdəki körpənin də beyninə yeridildiyini aydın görürsən
və barmağını
dişləyib anlayırsan
ki, bu xalq,
doğrudan da, zavallı günündə
imiş. Bir erməni qadın
çiynində avtomatla
Qarabağdan heç yerə getməyəcəyini,
sonadək döyüşəcəyini
bəyan edir. Üzünə yazılıb ki,
aktyorluq edir, roldadır. Başqa bir yaşlı erməni isə ağzı köpüklənə-köpüklənə
bağırır ki, türkləri son nəfərinədək
qırmaq lazımdır:
"Onlar xalq deyil - qəbilədir! Onlardan kimsə sağ qalmalı deyil! Yalnız bir nəfəri
öldürüb başqalarına
göstərmək üçün
spirtdə saxlamaq lazımdır!” Digəri isə
gözlərini bərəldir
ki, o, azərbaycanlılarla
bir yerdə yaşasa, hər gecə gəlib arvadının tumanını
yoxlayacaqlar. Ermənilər
hələ də özlərini hamıdan üstün, hamıdan ali sayırlar,
qonşuları haqqında
isə ikrahla danışırlar.
Yerevanda keçirilən mitinqlərdə
qarşılıqlı ittihamlar
ərşə dirənib. Hamı məğlubiyyətin
səbəblərini araşdırır,
günahkarları axtarır,
yeni silahlar, PUA-lar eşqindədir. Paşinyan bütün siyasi qüvvələri, onlar da iqtidarı yalan danışmaqda, xalqı aldatmaqda suçlayırlar. Rusiya Ermənistana
arxa çevirməkdə,
kömək etməməkdə
ittiham edilir. Ermənilərdən biri qəzəblə
kameraya bağırır
ki, "Putin, səni vəzifəyə mən gətirdim, amma sən erməni xalqını satdın!”
Moskvada erməni
diasporunun təmsilçiləri
şimal qonşumuzu müharibəyə cəlb
etmək üçün
döyüşlər başlayandan
sonadək təsir edə bildikləri bütün telekanallarda, kütləvi informasiya vasitələrində Qafqazda
ruslarla türkləri
toqquşdurmaqla yeni müharibə ocağını
alovlandırmaq üçün
cəhənnəm təri
tökdülər. Erməni əsilli
aparıcılar, politoloqlar
efirlərdə zənciri
qırılan köpəkləri
xatırladırdı. Kreml isə ermənilərin bu "fədakar”lığını, sadəcə, qulaqardına
vurdu, Türkiyə ilə əməkdaşlığa
üstünlük verdi.
Yerevanda isə günü bu günəcən minlərlə ana hər gün küçələrə çıxır,
Qarabağda itkin düşən uşaqlarını
tələb edir, ölənlərin cəsədlərini
istəyirlər. Heç bir dövlət
qurumu onlara məlumat vermir. Ona görə ki, erməni hərb maşını Qarabağda
öldürülən minlərlə
əsgəri elə döyüşlərin ilk günlərindən
Ermənistana daşımağa
qorxur. Bilirlər ki, gətirsələr,
Yerevan alt-üst olacaq.
Üstəlik, Qarabağdan
dabanına tüpürüb
qaçan 10 mindən
artıq fərari silahları ilə birlikdə Yerevandadır! Onları kim
tərksilah edəcək,
bilən yoxdur.
20 min erməni əsgəri
silahı yerə qoyub Xankəndini tərk etməlidir. Onların
da valideynləri uşaqlarını tələb
edirlər... Özünü
ali irq,
hamıdan üstün,
qəhrəman, qədim,
döyüşkən sayan
xalqın möhtəşəmliyi
budurmu?
Ermənilərin istədikləri alınmadı. Çünki, "Böyük Ermənistan” ideyası uydurmadır və bu, erməni faşizmini müəyyən məqsədlər üçün gündəmə gətirən ideologiyadır. "Əzabkeş, müdrik, qədim xalq” əfsanəsi bitdi. Bu məğlubiyyət Qarabağı cəhənnəmə çevirən erməni faşistlərinə Azərbaycan dövlətinin və ordusunun cavabıdır. Hər kəs layiq olduğuna sahib olur. Qarabağdan Yerevana yola çıxan tabut karvanlarının hələ bir müddət ardı-arası kəsilməyəcək. Ona görə də erməni siyasi elitası yenilməz, qəhrəman erməni mifindən əl çəkərək imzaladıqları sülh müqaviləsini - kapitulyasiya aktını bir də vərəqləsinlər və dərk etsinlər ki, faşizm ideologiyası bəşər tarixində kimsəyə nə qələbə, nə də başucalığı gətirib. Ermənilər nə kişi kimi döyüşdülər, nə də ləyaqətlə təslim oldular. Hətta kapitulyasiya aktını belə, deyəsən, gizlində, yorğanın altında imzaladılar.
Buna baxmayaraq, bəzi ermənilər zəif də olsa, fərqli fikirlər səsləndirməyə başlayıblar. Ermənistan Prezidentinin keçmiş məsləhətçisi, Miçiqan Universitetinin professoru Jirayr Liparityan ermənilərin faşizmə yoluxduqlarını birbaşa deməsə də, dolayısı ilə bunu təsdiq edir. Professor etiraf edir ki, ermənilər baş verən məğlubiyyətlə barışmalı və onu qəbul etməlidirlər: "Biz istənilən halda məğlub ediləcəyimiz müharibədən nəyin bahasına olursa-olsun, qaçmalı idik, biz uzun illər Qarabağa yatırdığımız böyük insan və maliyyə kapitalını itirdik. Paşinyan Qarabağın rəhbərliyini danışıqlar masasına əyləşdirə bilmədi, hətta uzaq perspektivdə belə, Qarabağın müstəqilliyini təmin etmək imkanını itirdi. Biz suverenliyimizin, müstəqilliyimizin, əminliyimizin və nikbinliyimizin böyük hissəsini itirdik”.
J.Liparityan əslində birbaşa etiraf edə bilərdi ki, bu gün Ermənistanı məhv edən, onu əbədi müharibələrdə rəzil günə qoyan millətçi faşist ideologiyasıdır. Qafqazı sülh bölgəsinə çevirmək üçün bu ideologiyanı çarmıxa çəkmək, Yerevanda nasistlərə ucaldılan abidələri yıxmaq lazımdır. Erməni xalqı faşizmdən imtina etdiyi günün səhərisi Qafqazda kimin kim olduğunu dərk edəcək.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 18 dekabr.- S.6.