Azərbaycan Ordusuna
Yardım Fondunun yaradılması və
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə
yardım Fondunun yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Ordusuna Yardım Fondu yaradılsın.
2. "Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
3. "Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinə
yardım Fondunun yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 17
avqust tarixli 755 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 8, maddə 475) ləğv
edilsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinə
yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;
4.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr
2020-ci il
Azərbaycan.-2020.- 9 dekabr.- S.2.