Mehriban
Əliyeva: "Heydər Əliyev Fondu qədim Qarabağ
torpağında dini abidələrimizin, məscidlərimizin bərpası
üzrə layihəyə başlayır"
Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin
bərpası üzrə
layihəyə başlayır.
APA-nın məlumatına görə, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib.
Mehriban Əliyevanın açıqlamasında
deyilir: “Əziz həmvətənlər!
Bu günlər biz hamımız
Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı
altında olan torpaqlarımız Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında
qəhrəman əsgər
və zabitlərimizin
şücaəti sayəsində
azad edilmişdir.
Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı
hazırkı mənzərəni
hər birimiz ürək ağrısı
ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində
şəhər və
rayonlarımızı, oradakı
yaşayış və
inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii
sərvətlərimizi talan
etmiş, bu ərazilərdəki dini,
tarixi, mədəni abidələrimizi vandalizm
aktlarına məruz qoymuşdur. Bir vaxtlar
Azərbaycanın dilbər
guşəsi olan Qarabağ bölgəsindəki
abadlıqdan əsər-əlamət
qalmamışdır.
Amma əminliklə
bildirmək istəyirəm
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın
ən gözəl bölgələrindən birinə
çevirəcəyik. Burada yenidən
həyat canlanacaq, bütün rayonlarımız
bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb,
yaradacaqlar.
Əziz həmvətənlər,
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
Azərbaycan.-2020.- 9 dekabr.- S.2.