Əbədi
yaşarsınız
Siz, ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə
amal seçib,
Ömrün bahar çağında
həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar!
Yaşayan hər ömürdə
qanınız, canınız
var!
Hay verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik
zirvəsinə.
Məzarınız dönübdür ziyarət
türbəsinə.
Sizinlə qürur duyur bu gün hər
ev, hər
ocaq,
Xatirəniz, ruhunuz həmişə
anılacaq!
Bir ata övladından el oğluna
döndünüz.
Kim deyir ki, öldünüz,
kim deyir
ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir
ününüz.
Siz bu gün də,
sabah da
- əsrlərlə sağsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulub min çələngə,
min gülə.
Tərsiniz çiçək kimi,
həmişə baharsınız!
Azərbaycan köksündə əbədi
yaşarsınız!
Seyran
Azərbaycan.-2020.- 9 dekabr.- S.8.