Ölümsüzlüyə qovuşan şirin səsli
qəhrəman
Keçdi xəyalından o gözəl yurdu,
Gedişi dillərdə bir dastan oldu.
Çoxunuz bəlkə də bildiniz ki, kimdən
bəhs edəcəyəm. Bəli, Xudaya
yar olan Xudayar Yusifazadədən.
Mən Xudayarı müharibədən
öncə tanımırdım.
Bu müharibə mənə
qəhrəmanla bir məktəbdə (Bərdə
şəhəri T.İsmayılov
adına 1 nömrəli məktəb)
oxuduğumun qürurunu,
heyif ki, onu həmin vaxt tanımadığımın
kədərini yaşatdı.
Eşitdiklərimdən onu deyə bilərəm
ki, Xudayar qəlbindəki vətən,
xalq sevgisi ilə, qəhrəmanlıq,
qalibiyyət, intiqam amalı ilə Vətən müharibəsinə
yollanmışdı. Xudayarın gözündəki
intiqam hər şeyi üstələyirmiş.
Onun sadəcə bir şüarı var idi: "Qarabağı alacam”. O, babasına söz vermişdi ki, "Ağdamı alacam, daha qaçqın olmayacaqsan, biz mütləq
Qarabağı azad edəcəyik”. Xudayar, qardaşının dili ilə desək,
Xuda sözünü tutdu. Qarabağı aldılar. Artıq babası
qaçqın deyil.
Ancaq bir vəd yaddan
çıxmışdı, axı o, cəbhə yoldaşlarına qoç
qurban kəsməyə
söz vermişdi.
Özü də Ağdamda.
Çox
təəssüf ki, bu sözünü tutmağa tale macal vermədi, şəhadətə
yüksəldi. Mərd, güclü,
cəsur, qorxmaz Xudayar öz qəhrəmanlığı ilə
ölümün özünü
belə şərəfləndirdi.
Şəhidimiz bu qısa ömrünə
çox şey sığdırdı, həyatın
çox üzünü
gördü, çox
çətinliklər çəkdi. Sonda isə bütün məqamlardan üstün olan ən ali zirvəyə qovuşdu, şəhid olub göylərə çəkildi.
Səsləndi son dəfə yanıqlı
səsi,
Bizi bizdən
aldı şirin qəmzəsi.
Min kərə dinləyən,
baxan hər kəsi
Ağlatdı, inlətdi VƏTƏN naləsi,
Dumanlı dağların ŞƏHİD nəğməsi.
Gözəl günlərin başladığı, Qarabağın azad olunduğu, Qələbə paradının keçirildiyi, çöhrələrdən sevinc, gözlərdən fərəh yağdığı, bütün ölkəmizin bayram ovqatı yaşadığı xoşbəxt bir məqamdayıq. Qarabağı Azərbaycana sən və səninlə çiyin-çiyinə vuruşan, döyüşən igidlər qovuşdurdu, Xudayar! Bütün Azərbaycan sizlərə borcludur.
Kaş belə olmazdı, kaş həyatın davam edəydi, gözəl günlərin şahidi olaydın. Amma şəhidlikdən şərəfli, qürurverici məqam yoxdur. Şəhidlər ölmür, şəhidlər qəlblərdə məskən salırlar. Sən də onlar kimi bütün Azərbaycan xalqının qəlbində yuva qurdun. Yaddaşlarda həm də şirin səsinlə qaldın. Sən qəlblərdə həmişə var olacaqsan. Bizimlə birlikdə güləcəksən, sevinəcəksən. Dillərə dastan olan şəhidimiz, səni canından artıq sevdiyin doğma Azərbaycan əbədi yaşadacaq.
Sən cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzisən, ölümsüzlüyə qovuşan qəhrəmanım. Şəhadətin mübarək, Xudayar!
Leyla QULUZADƏ,
Bakı Dövlət
Universitetinin II kurs tələbəsi
Azərbaycan.-2020.- 9 dekabr.- S.8.