Salyanın igid
oğlu
Salyan dəmiryol stansiyası ərazisində 1987-ci ildə dünyaya göz açıb, buradakı orta məktəbdə təhsil alıb. Oxuduğu məktəb Birinci Qarabağ müharibəsində şəhid olan Yavər Qafarovun adını daşıyır. Hər gün məktəbə gələndə şəhid Y.Qafarovun keçdiyi qısa, lakin mənalı ömür yolunu əks etdirən guşəyə baş çəkərək ona oxşamağı, Vətənə onun kimi layiqli oğul olmağı qarşısına məqsəd qoymuşdu. Düşünüb ki, cənnətməkan Qarabağ torpağı heç vaxt yağı tapdağı altında qala bilməz. Xalqımız nəyin bahasına olursa-olsun bir gün Qarabağı düşməndən geri alacaq.
Gələcəkdə bu prosesdə bilavasitə iştirak etmək, erməni qəsbkarları ilə aparılacaq müharibənin ön sıralarında olmaq qərarı bir an da olsun ürəyini, fikir-düşüncəsini tərk etmirdi. Elə bu niyyətlə də orta təhsilini başa vuran kimi sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verir. İmtahanda uğur qazanır. Hərb kişi işidir. Ona görə də təhsil aldığı illərdə qarşısına çıxan çətinliklərin heç biri onu qorxutmur. Əksinə, cüssələnir, mətinləşir. Hərbin sirlərinə dərindən bələd olmaq üçün keçilən dərsləri əsaslı şəkildə mənimsəyir, verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir.
İllər bir-birini əvəz edir. Hüseynağa Balıyev
ali hərbi
təhsilini başa vurub leytenant kimi müxtəlif hərbi hissələrdə
xidmət etməyə
başlayır. Bir müddət
sonra isə Qarabağ ərazisindəki
hərbi hissələrdən
birinə keçirilir.
Düşmənlə üzbəüz səngərdə dayanıb
nə vaxtsa döyüşə başlamaq
əmrini səbirsizliklə
gözləyir. Müharibə başlayacağı halda
tabor komandiri olaraq necə vuruşacağı,
düşməni necə
məhv edəcəyi
barədə fikirləşir,
xəyallar qurur.
Nəhayət, belə bir gün
gəlib çatır. Prezident, Ali Baş
Komandan İlham Əliyevin əmri ilə sentyabrın 27-də
səhər saatlarında
Silahlı Qüvvələrimiz
işğal olunmuş
torpaqlarımızı azad
etmək üçün
əks-hücuma keçir.
Şiddətli döyüşlər başlayır.
Düşmənin uzun illərdən bəri dəmir-betondan tikdiyi istehkamları yarıb keçmək o qədər də asan deyildi. Lakin Azərbaycan
Ordusu ən müasir silahlara malik olduğundan həmin istehkamları darmadağın etdi.
Müharibə qurbansız olmur. Mənfur düşmənlə
döyüş zamanı
əsgər və zabitlərimizdən şəhidlik
zirvəsinə ucalanlar
da oldu, yaralananlar da. Mayor Hüseynağa Balıyev Xocavənd istiqamətində komandir kimi nümunə göstərirdi. Amma o, döyüşlərin
birində düşmən
gülləsinə tuş
gəlir və qəhrəmancasına şəhid
olur.
Şəhid H.Balıyevin atası
Salman kişi
deyir ki, övlad itkisi, oğul itirmək çox ağırdır:
"Ancaq təsəllimiz
odur ki, Vətən uğrunda qurban gedib. Vətəndən
əziz heç nə ola
bilməz. Bir də ona görə qürurluyuq ki, ordumuz 30 illik həsrətə son qoydu, düşmən üzərində qələbə
çaldı. Sağ
olsun Ali Baş Komandan İlham Əliyev. Bu qələbə
ilə o, Azərbaycanın
yeni tarixini yazdı. Özü də qızıl
hərflərlə. Hər bir
şəhid ailəsini,
yaralı əsgəri
diqqət mərkəzində
saxlayır. Dünyanın
azını-çoxunu görmüş
bir adam
kimi Azərbaycanın
gələcəyini daha
xoşbəxt görürəm”.
Şəhid mayorun iki övladı
var. Qızı Rəna
8, oğlu Harun 3 yaşındadır. Hüseynağa hərbi xidmətdə
olanda onlar anaları ilə birlikdə baba-nənələrinin
yanında qalıblar.
Salman kişi:
- Mənim və nənəsinin nə qədər canında can var, onların xidmətində duracaq, korluq çəkməyə
qoymayacaq, təhsillərinə
diqqət yetirəcəyik.
Ortaya çökən ani sükutdan sonra soruşuram:
- Neçə övladınız
var, Salman kişi?
- İki oğlum,
iki qızım var. Kiçik oğlum İsa 2016-cı ilin Aprel döyüşlərində
iştirak edib. Hazırda Bakıda
işləyir. Qızımın birini köçürmüşəm,
ailəlidir, o biri isə Şirvan şəhərindəki Humanitar
Kollecdə təhsil alır.
Qələbəmiz böyükdür. Artıq təqvimimizdə hansısa rayonun işğal günü olmayacaq. Bundan sonra hər il sentyabr
ayının 27-si şəhidlərimizin
Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd ediləcək.
Şanlı qələbəmiz dərsliklərdə öz
yerini tutacaq, bu haqda əsərlər
yazılacaq, şəhidlərimiz
minnətdarlıq hissi
ilə yad ediləcək. O şəhidlər
ki, Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından
keçiblər, qanları
ilə tarix yazıblar.
Ölməz heç vaxt şəhidlər,
Mərd igiddir şəhidlər.
Vətən,
yadında saxla,
Şəhidlər şahiddilər.
Seyran CAVADOV,
Azərbaycan.-2020.- 9 dekabr.- S.8.