Prezident İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin
direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə
bölgədə mövcud vəziyyət, münaqişənin
həlli, üçtərəfli Bəyanatın müddəalarının
icrası müzakirə edilərək, vəziyyətin sabit
olduğu bildirildi.
Söhbət
zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik
sahəsində əməkdaşlıq məsələləri
müzakirə olundu.
Prezident
İlham Əliyev Rusiya dövlətinin
başçısının salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rusiya Prezidentinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2020.- 19 dekabr.- S.3.