İlham Əliyev Azərbaycanı dünyanın 10 ən islahatçı ölkəsinin cərgəsinə çıxarıb

 

Respublikamızın bu uğuru Dünya Bankının "Doing Business 2020” hesabatında da öz əksini tapıb

 

 

Bəşəriyyəti çənginə alan koronavirus infeksiyasının pandemiyaya səbəb olması 2020-ci ildə dünyanın hər yerində iqtisadisosial həyata böyük zərbə vurdu. Virus Azərbaycanda da müəyyən çətinlikliklər yaratsa da, respublikamız heç bir layihəni və proqramı ixtisara salmadı.

O cümlədən Vətən müharibəsi dövründə də qarşıya qoyulan bütün vəzifələrin icra olunması, nəzərdə tutulan bütün layihələrin ardıcıl surətdə həyata keçirilməsi, ixtisar edilməməsi Prezident İlham Əliyevin uğurlu siyasi kursunu təcəssüm etdirən tarixi reallıqlardır.

 

 

Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yüksəlib

 

 

Azərbaycanda il ərzində aparılan islahatlar dünyadakı inkişaf proseslərini yaxından izləyən təşkilatların diqqətindən yayınmır. Bunu Dünya Bankının "Doing Business” son hesabatı da təsdiq edir. Qeyd edək ki, Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm inkişaf institutu olan bu bank ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verib.

Dünya Bankının "Doing Business” hesabatı isə 10 indikator üzrə ölkələrin qiymətləndirilməsi məqsədini daşıyır biznes mühitinin asanlığının dəyərləndirilməsi üçün dünyada ən vacib etibarlı reytinq göstəricisi hesab olunur. "Doing Business” komandası hər il ölkələr üzrə aparılan islahatları həm dövlət, həm çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir.

Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Biznes dairələrinin, investisiya qabiliyyətli şirkətlərin diqqətlə izlədikləri bu hesabat müsbət göstəricilərə malik ölkələrə bir qayda olaraq xarici investisiyaların axını üçün stimullaşdırıcı təsir göstərir.

Prezident İlham Əliyevin inkişaf siyasəti, respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar Dünya Bankı tərəfindən yaxından izlənilir. Dövlət başçısının təşəbbüsləri tapşırıqları ilə respublikamızda biznes mühitinin yaxşılaşdırılması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının hesabatlarında yüksək qiymətə layiq görülüb. Hər il hazırlanan "Doing Business” hesabatında müəyyən edilən indikatorlar üzrə Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yüksəlib Azərbaycan 190 ölkə arasında qabaqcıl yerlərdə qərar tutub. Dünyanın bir çox ölkələrini geridə qoymaqla Azərbaycan həm Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Ümumiyyətlə isə, bu qurum Azərbaycanda görülən işləri daim obyektiv şəkildə qiymətləndirib.

 

 

Ölkəmizlə bağlı uyğunsuzluqlar aradan qaldırıldı

 

 

Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press-relizdə bildirilmişdi ki, bir sıra üzv ölkələrin "Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb onların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacaq. Bu günlərdə hesabatda qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı bankın daxili auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Araşdırmanın nəticəsinə əsasən, Azərbaycanın "Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb ölkəmiz bir daha dünyanın "Ən islahatçı on ölkəsisırasına daxil olub.

Bununla bağlı Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir ki, bankın daxili audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib göstəricilərlə bağlı məlumatlar yenilənib. Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda aparılmış islahatların "Elektrik təchizatı şəbəkələrinə qoşulma”, "Müqavilələrin icrası "Sərhəddə ticarətindikatorları üzrə "Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi daha az balla qiymətləndirildiyi məlum olub.

Düzəlişlərdən sonra isə "Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5-ə qədər artırılıb. Bununla da Azərbaycanın qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "dünyanın ən islahatçı on ölkəsindən birikimi qiymətləndirilib.

Hesabatda qeydə alınmış məqamlarla bağlı araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edib.

Xatırladaq ki, "Doing Business 2019” hesabatında da Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən birikimi qiymətləndirilmişdi. "Doing Business 2020” hesabatı isə bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən davamlı islahatlar məhz inkişafa xidmət etməklə müsbət nəticələr verir. Bu cür hesabatlar həm də respublikamızda görülən işlərin beynəlxalq səviyyədə yaxından izlənildyini və təqdir olunduğunu təsdiq edir.

Onu da qeyd edək ki, bir neçə ay əvvəl Dünya Bankının "Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatında da Avropa və Mərkəzi Asiya bölgəsində ən çox Azərbaycanın təcrübəsinə istinad edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələri qəbul edilib, islahatların effektiv idarəedilməsi mexanizmi qurulub, ölkə dalbadal dünyanın ən islahatçı dövlətləri sırasına yüksəlib və Azərbaycan monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə "nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi yaradıb.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 19 dekabr.- S.1;4.