T.Ə.Əhmədovun
“Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə Teymur Əkbər oğlu
Əhmədov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il.
Azərbaycan.-2020.-
31 dekabr.- S.2.