T.Y.Rüstəmxanlının
“Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə
görə Tənzilə Yolçu qızı Rüstəmxanlı
“Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il.
Azərbaycan.-2020.-
31 dekabr.- S.2.