H.Ə.Həsənovun
“Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasının diplomatik xidmət orqanlarında
uzunmüddətli səmərəli fəaliyyətinə
görə Həsən Əziz oğlu Həsənov
“Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il.
Azərbaycan.-2020.-
31 dekabr.- S.2.