Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli
1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə
və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün
Dövlət Proqramı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019, ¹ 7, maddə 1276) ilə təsdiq
edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair
2019–2024-cü illər üçün Dövlət
Proqramı”na aşağıdakı məzmunda 4.4.23-1-ci
yarımbənd əlavə edilsin:
4.4.23-1.
Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdəmexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi
Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi, digər aidiyyəti dövlət orqanları(qurumları)
mütəmadi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr
2020-ci il.
Azərbaycan.-2020.-
31 dekabr.- S.2.