Xorvatiya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Zoran Milanoviçə
Hörmətli cənab Prezident.
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində
insan tələfatı
və dağıntılar
barədə xəbər
məni olduqca kədərləndirdi.
Bu faciə ilə
əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananların tezliklə
sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il.
Azərbaycan.-2020.-
31 dekabr.- S.2.