Pakistanın Prezidenti
və birinci xanımı Heydər
Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün
keçirilən əlil arabaların təqdim olunması mərasimində
iştirak ediblər
Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə 100 nəfər fiziki qüsurlu şəxsin hər birinin bədən ölçülərinə uyğun
xüsusi olaraq hazırlanmış əlil
arabaları təqdim edilib, eləcə də, qüsusrlu şəxslərin rəsm
əsərlərinin və
əl işlərinin
sərgisi təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Pakistan İslam Respublikasının
Prezidenti Arif Alvi və birinci
xanımı Samina Alvi, dövlət rəsmiləri, millət vəkilləri, tanınmış
ictimai-siyasi xadimlər,
media nümayəndələri iştirak ediblər.
Pakistan Prezidenti və
birinci xanımı, eləcə də digər iştirakçılar
fiziki qüsurlu şəxslərin rəsm
əsərləri və
əl işləri sərgisinə baxış
keçiriblər.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından
mərasim iştirakçılarını
salamlayan Azərbaycanın
Pakistandakı səfiri
Əli Əlizadə,
Azərbaycan Respublikasında
bütün fiziki qüsurlu şəxslərin
hüquq və azadlığının, onların
müdafiəsinin, layiqli
həyat şəraiti
ilə təmin olunmasının ilk növbədə
Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit
edildiyini, onların rahat yaşayış və rifahının təmin olunmasının Azərbaycan hökumətinin
tam nəzarətində olduğunu
bildirib. Səfir qeyri-hökümət təşkilatı
kimi fəaliyyət göstərən Heydər
Əliyev Fondunun da Azərbaycanda və xaricdə fiziki qüsurlu şəxslərin müdafiəsi
sahəsindəki rolunu
qeyd edərək, Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Hilal-e-Pakistan
ordenilə də təltif olunmuş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyi ilə Heydər ƏIiyev Fondunun Azərbaycanda və
Pakistan da daxil olmaqla bir sıra
digər ölkələrdə
təhsil, səhiyyə,
sosial və digər sahələrdə
müxtəlif layihələr
həyata keçirməyə
davam etdiyini vurğulayıb. Əli Əlizadə xeyriyyə
layihələrini dəstəklədiyinə
və Azərbaycan -
Pakistan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Səfir fiziki qüsurlu şəxslərin hüquqlarının
və sosial rifahının tam həyata
keçirilməsinin böyük
vaxt və kollektiv yanaşma tələb etdiyini, xüsusi əlil arabalarının təqdim
olunması ilə yanaşı, bu şəxslərin rəsm
və əl işlərindən ibarət
sərgisinin keçirilməsi
məqsədinin onların
bacarıqlarını ortaya
çıxarmaq, özlərinə
inamlarını artırmaq
olduğunu qeyd edib. Pakistan hökuməti tərəfindən fiziki qüsurlu şəxslərin
rifahı üçün
keçirilən müxtəlif
proqramlardan da bəhs edən səfir Əli Əlizadə, bu tədbirə Prezident Sarayında ev
sahibliyi etdiyinə və xeyirxah məqsədlərə xidmət
edən işlərə
göstərdiyi davamlı
diqqətə görə
Pakistan Prezidenti Arif Alviyə təşəkkürünü
bildirib.
Tədbirin xüsusi ali qonağı, Pakistanın Prezidenti Dr.Arif Alvi, Heydər Əliyev Fondunun Pakistanda, eləcə də dünyanın bir çox ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirdiyini xüsusi qeyd edərək, bu cür proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Azərbaycan-Pakistan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətlərindən məmnunluğunu bildirən Prezident, 2019-cu ildə Qoşulmama Hərəkatının iclasında iştirakla bağlı Azərbaycana səfər etdiyini və ölkəmizdə göstərilən xüsusi diqqət, qayğı və qonaqpərvərliyin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. Prezident 44 günlük müharibədən söhbət açaraq ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib. O həmçinin, fiziki məhdudiyyətli şəxslərə diqqətin göstərilməsinin vacibliyindən bəhs edərək Pakistan höküməti tərəfindən də bu şəxslərin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilməkdə olan layihələr barədə məlumat verib və onlara sadəcə dövlət tərəfindən deyil, eyni zamanda vətəndaşlar tərəfindən də qayğı göstərilməsinin zəruriliyini vurğulayıb.
Tədbirin
yekununda Pakistanın Xüsusi Təhsil Baş Direktorluğu,
Bait-ul-Mal, Xüsusi Hərbi Təhsil Akademiyası və
Xüsusi İstedad Mübadilə Proqramı təşkilatlarını
təmsil edən fiziki qüsurlu şəxslərə Heydər
Əliyev Fondunun dəstəyi ilə onların bədən
ölçülərinə uyğun xüsusi olaraq
hazırlanmış 100 ədəd arabalar təqdim olunub.
Azərbaycan.-2020.- 31 dekabr.- S.4.